HƏMAS Ramazan bayramında bir neçə girovu azad edə bilər

HƏMAS Ramazan bayramı müddətində Qəzza zolağında atəşkəs üçün bir neçə girovu azad edə bilər.
HƏMAS bir neçə girovu və ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksanderi bayram zamanı atəşkəs müqabilində azad etməyə hazırdır.
Başqa bir mənbənin məlumatına görə isə, girovların azad edilməsi qərarı yalnız bayrama görə yox, Qəzzada HƏMAS-a qarşı başlayan etirazlarla əlaqədardır. Belə ki, martın 18-də İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edərək anklavı kütləvi zərbələrə məruz qoyub və bununla da yanvar ayında elan edilmiş atəşkəs rejimini pozub.
İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, əməliyyatların səbəbi HƏMAS-ın vasitəçilər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən danışıqlarda irəli sürülən bütün girovların azad olunması təklifini rədd etməsidir.
HƏMAS döyüş əməliyyatlarının bərpasına görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə atıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-03-2025, 11:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.

Lökbatanda yaşayış binasında PARTLAYIŞ: “Silkələnməyə oyandıq, çölə çıxa bilmirdik” - Video

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu - TƏFƏRRÜAT

Saatlıda narkotik tərkibli bitkilərin gizli yetişdirildiyi tunel AŞKARLANDI - VİDEO