10 min tibb işçisinin fəaliyyəti DAYANDIRILIR - Rəsmi qurumdan ŞOK QƏRAR
ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti, Prezident Donald Tramp administrasiyasının federal hökuməti kiçiltmək siyasəti çərçivəsində 10 min işçini ixtisar edəcəyini açıqlayıb.
Departamentin yaydığı məlumatda işçi sayının 82 mindən 62 minə endiriləcəyi və regional idarələrin yarısının bağlanacağı bildirilib.
Bu prosesin təkcə ixtisarlarla məhdudlaşmayacağı, əlavə olaraq 10 min əməkdaşın erkən pensiya və ya bonus təkliflərini qəbul edərək işdən ayrılacağı qeyd olunub.
Rəsmi açıqlamaya görə, bu addım hər il vergi ödəyicilərinə 1,8 milyard dollar qənaət etməyə imkan verəcək. İxtisarlar çərçivəsində ABŞ Qida və Dərman Administrasiyasının (FDA) 3500, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) isə 2400 əməkdaşının vəzifədən kənarlaşdırılması planlaşdırılır. Bundan əlavə, Prezident Trampın rəhbərliyi dövründə milyarder iş adamı İlon Maskın başçılıq etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) vasitəsilə federal qurumlarda çalışan minlərlə işçi işdən çıxarılıb. Kütləvi ixtisarlar və hökumətin yeni işəgötürmə siyasəti ölkə daxilində bir sıra həmkarlar ittifaqları və təşkilatların narazılığına səbəb olub. Bu qurumlar Tramp administrasiyasına qarşı məhkəmə iddiaları qaldırıblar.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-03-2025, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.

Lökbatanda yaşayış binasında PARTLAYIŞ: “Silkələnməyə oyandıq, çölə çıxa bilmirdik” - Video

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu - TƏFƏRRÜAT

Saatlıda narkotik tərkibli bitkilərin gizli yetişdirildiyi tunel AŞKARLANDI - VİDEO