Soyuqdəyməyə bənzəyən təhlükəli xəstəliklər – DİQQƏTLİ OLUN

Soyuqdəymənin əsas simptomlarını hamı bilir: hərarətin yüksəlməsi, zəiflik, üşümə, baş, əzələ ağrıları, boğaz ağrısı.
Lakin bəzən bu simptomlar adi soyuqdəyməyə deyil, daha ciddi xəstəliklərə işarə edə bilər.
Bu səbəbdən əgər “soyuqdəymə” çox uzun çəkir, qeyri-adi simptomlarla müşayiət olunursa, vaxt itirmədən həkimə müraciət edin.
BakuPost.az xarici mediaya istinadla xəbər verir ki, qan xərçənginin başlanğıc mərhələlərində hərarətin yüksəlməsi, çox güclü zəiflik, baş və əzələ ağrıları kimi simptomlar meydana çıxır. Bu simptomlarla yanaşı xəstə səbəbsiz arıqlamağa başlayır, dərinin üzərində, xüsusilə sinə, qol və ayaqlarda qırmızı və bənövşəyi ləkələr əmələ gəlir, təngənəfəslik inkişaf edir.
Digər soyuqdəyməyə bənzəyən təhlükəli xəstəlik mononukleozdur. Bu xəstəlik zamanı da hərarət qalxır, zəiflik, boğaz ağrısı olur. Mononukleoz çox ciddi fəsadlar verə bilir. Bu fəsadlar arasında immunodefisit, qaraciyər zədələnməsidir. Mononukleozun digər simptomları: boyun limfa düyünlərinin böyüməsi, sinə və üzdə səpkilər.
Hərarətin yüksəlməsi, baş ağrısı və zəiflik ağır infeksiya olan meningitə işarə edə bilər. Meningit baş və onurğa beyini qişalarının iltihabıdır. Meningit çox təhlükəli xəstəlikdir və vaxtında və düzgün müalicə olunmdığı halda xəstənin ölümünə səbəb ola bilir. Meningitin digər simptomları arasında: ürəkbulanması və qusma, işığa qarşı həssaslıq, boyun əzələlərinin çox gərgin olması (xəstə boyunu aşağı əyə bilmir).
Bəzən elə olur ki, soyuqdəymə keçir, lakin 1-2 həftədən sonra sanki yenidən qayıdır. Bu ağciyər iltihabı olan pnevmoniyaya işarə edə bilər. Pnevmoniya çox ağır xəstəlikdir və vaxtında müalicə olunmadıqda xəstənin ölümü ilə nəticələnə bilər. Pnevmoniyanın simptomları: yüksək hərarət, güclü tərləmə, öskürək, təngənəfəslik.
Paylaş:
Müəllif : Redaktor
Tarix:19-09-2019, 23:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:19-09-2019, 23:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15
2-09-2025, 12:12
2-09-2025, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə