DİN bahalı nömrələri oğurlayanlarla bağlı araşdırma aparır - Video

Bakıda bəzi avtomobillərin üzərində olan bahalı nömrələrin oğurlanması və qarşılığında pul tələb edilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
99 EB 100 dövlət qeydiyyat nişanlı, “Volkswagen Passat” markalı avtomobilin sürücüsü maşınının nömrəsini oğurlayan şəxs və ya şəxslərin ondan pul tələb etdiyini bildirib. O iddia edib ki, avtomobilin arxa qeydiyyat nişanı gecə saatlarında oğurlanıb. Səhər saatlarında isə maşının üzərinə Rusiya mobil operatorlarından birinə məxsus mobil nömrə yazılan kağız qoyulub.
Sürücü bildirib ki, qeyd edilən nömrə ilə əlaqə saxlayıb. Ona bildirilib ki, nömrənin yerini öyrənmək üçün tətbiqlərdən birindəki hesaba 600 manat göndərməlidir. Kiçik araşdırmadan sonra məlum oldu ki, bu kimi hadisələr ilk dəfə deyil ki, baş verir. Daha əvvəl də avtomobil nömrələrinin oğurlanması və ya qəsdən məhv edilməsi kimi hallar baş verib.
Mütəxəssislər bildirir ki, qanunvericiliyə görə, itən nömrəni bərpa etmək mümkün deyil. Sürücü yalnız nömrə lövhəsi yararsız hala düşdüyü təqdirdə onu DYP şöbəsinə təqdim etməklə yenisinə ala bilər. Bu da avtomobil sahiblərini çıxılmaz vəziyyətə salır.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğumuza cavab olaraq bildirdi ki, sosial şəbəkələrdə yayılmış görüntülər araşdırılır: “Məsələ ilə bağlı məlumatlıyıq, hazırda müvafiq araşdırmalar aparılır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-03-2024, 14:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb