reklam
Regionxeberlericom.az » Cəmiyyət » “RAMİZ MEHDİYEV İKİ HƏFTƏDİR ALMANİYADADIR...” - Sabiq PA rəhbərinin səhhəti ilə bağlı yeni iddialar

reklam

“RAMİZ MEHDİYEV İKİ HƏFTƏDİR ALMANİYADADIR...” - Sabiq PA rəhbərinin səhhəti ilə bağlı yeni iddialar














“Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev iki həftədir Almaniyada özəl klinikaların birində müalicə olunur”.

Bu barədə “AzPolitika”-ya R.Mehdiyevə yaxın mənbələrdən məlumat daxil olub. Mənbə bildirib ki, yeni ilin əvvəlindən onun səhhətindəki problemlər kəskinləşib. Onun bir neçə dəfə həkimə müraciət etdiyi bildirilir.

Fevralın 21-də Mərkəzi Klinik Xəstəxanada Ramiz Mehdiyevin baş nahiyəsində yaranmış problemlər müayinə olunduqdan sonra 10-a yaxın həkimin iştirakı ilə konsilium keçirilib. Həkimlər keçmiş PA rəhbərinin yaxınlarına onun müalicə üçün ölkə xaricinə aparılmasını məsləhət görüblər.

Məlumatda qeyd olunur ki, R. Mehdiyev bir gün yarım Mərkəzi Klinikada xüsusi həkim nəzarətində qaldıqdan sonra ambulansla hava limanına gətirilib, oradan isə özəl təyyarə ilə Almaniyaya aparılıb. Onu oğlu Timur Mehdiyev və ailə üzvlərindən daha bir neçə nəfər müşayiət edib.

Qeyd edək ki, bu gün “gününsəsi.info” saytı AMEA-nın keçmiş rəhbərinin müalicə üçün İsrailə aparıldığı barədə xəbər yayıb. R.Mehdiyev “unikal.az”- a açıqlamasında Mərkəzi Klinik Xəstəxanaya müraciət etdiyini desə də, müalicə üçün İsrailə getmədiyini bildirib.

Xatırladaq ki, yerli mətbuat Ramiz Mehdiyevin parkinson, hipertoniya xəstəliklərindən əziyyət çəkdiyini yazıb. Bir neçə il əvvəl o, yıxılaraq omba nahiyəsindən ağır xəsarət almışdı.

Ramiz Mehdiyev 1938-ci ilin 17 aprel tarixində anadan olub, gələn ay onun 86 yaşı tamam olacaq.





Paylaş:


Müəllif : Tarix:
5-03-2024, 10:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər