Baydenin iti Məxfi Xidmət əməkdaşlarını 20 dəfədən çox dişləyib
Amerika Prezidenti Co Baydenin iti Ağ Evdə yaşayarkən ABŞ Məxfi Xidmətinin əməkdaşlarını 20 dəfədən çox dişləyib.
Bu barədə CNN telekanalı yeni sənədlərə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, “Kommander” adlı alman çoban iti 2023-cü ilin oktyabr ayına qədər Ağ Evdə yaşayarkən Məxfi Xidmət əməkdaşlarını ən azı 24 dəfə dişləyib. Eyni zamanda, prezident administrasiyasının nümayəndələri və digər şöbələrin əməkdaşları ilə də oxşar hallar baş verib.
Telekanal qeyd edir ki, vəziyyət o qədər ciddi olub ki, əməkdaşlar xəsarət almamaq üçün vərdişlərini dəyişməyə məcbur olublar. “Kommander” bir dəfə Məxfi Xidmətin əməkdaşını dişləyərək, onun çoxlu qan itirməsinə səbəb olub. Sənədlərdə deyilir ki, ona altı tikiş qoyulub.
Ancaq oktyabr ayında Bayden və həyat yoldaşı əməkdaşlara qarşı aqressiv davranışlarına görə iti Ağ Evdən göndərməyi qərara alıblar.
Bu, Baydenlərin Ağ Evi tərk edən ikinci itidir. 2021-ci ilin sonunda “Meycor” adlı bir alman çoban iti də eyni səbəbdən Vaşinqtondan Delaverə göndərilib. Amerika Prezidenti və həyat yoldaşı onu dostlarına hədiyyə ediblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-02-2024, 11:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO