reklam
Regionxeberlericom.az » Cəmiyyət » MSK ilkin nəticələrini elan etdi – İlham Əliyev 92,1% səslə liderdir

reklam

MSK ilkin nəticələrini elan etdi – İlham Əliyev 92,1% səslə liderdir


















Azərbaycanda keçirilən növbədənlənar prezident seçkilərinin ilkin nəticələri elan olunub.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, ilkin nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,2 faiz,

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 faiz,

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz,

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 faiz,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz,

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,48 faiz səs toplayıb.




Paylaş:


Müəllif : Tarix:
7-02-2024, 23:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər