"Lada" taksi üçün sərfəli avtomobil istehsal edəcək
AvtoVAZ şirkəti yeni “Lada Aura” modelinin konfiqurasiyasını sadələşdirməyə qərar verib.
Rusiya mediası bildirir ki, taksilərdə istifadə üçün biznes sinif sedanının xüsusi versiyası yaradılacaq. Brendin yeni məhsulunun buraxılışı 2024-cü ilin sentyabrına planlaşdırılır. Bu barədə şirkətin nümayəndəsi mediaya açıqlamasında vurğulayıb:
“Əlbəttə, biz belə avtomobilə tələbatın olduğu taksi bazarına ümid edirik. Avtomobilin xüsusi konfiqurasiyası yaradılacaq, lakin təfərrüatları açıqlamaq hələ tezdir”.
Şirkət iyunun 8-də “Lada Aura” avtomobilinin layihəsini təqdim edib. Avtomobil arxa oturacaqdakı sərnişinlər üçün 25 santimetr artırılmış daxili sahəyə malikdir. Avtomobil 122 at gücü hasil edən 1,8 litrlik mühərrik və avtomatik transmissiya ilə təchiz edilib. Yeni məhsulun interyeri dəri ilə bəzədiləcək və onun qiyməti iki milyon rublu (təxminən 38 min 200 manat) xeyli keçəcək.
AvtoVAZ “Lada Vesta”nın genişləndirilmiş modifikasiyasını dövlət işçiləri üçün avtomobil kimi hazırlayır. Konsernin planlarına görə büdcə təşkilatlarında və bölgə rəsmiləri arasında tələbat olan modelin istehsalına 2024-cü ilin avqust-sentyabr aylarında başlanacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-01-2024, 12:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO