Zelenski Rusiyada yaşayan ukraynalılar barədə fərman imzaladı
Ukrayna prezidenti Volodimir Zelenski “Rusiya Federasiyasının tarixən ukraynalıların yaşadığı ərazilər haqqında” fərman imzalayıb.
Fərmanın mətnində Ukrayna hakimiyyətinin “Rusiya Federasiyasında, o cümlədən Krasnodar, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov vilayətləri ərazisində tarixən yaşayan ukraynalıların milli kimliyini qorumaq üçün fəaliyyət planı” hazırlamağa hazırlaşdığı vurğulanır.
Bundan əlavə, Ukrayna hakimiyyəti Rusiyada yaşayan ukraynalılara qarşı törədilmiş cinayətlər, həmçinin “məcburi ruslaşdırma siyasəti, siyasi repressiya və deportasiya” haqqında məlumat toplayan mərkəz yaratmağı nəzərdə tutur.
Rəsmi Kiyev Rusiya Federasiyasından gələn dezinformasiya və təbliğatla daha fəal mübarizə aparmağı, həmçinin “Ukrayna haqqında rus miflərini ifşa etməyə yönəlmiş” tədbirlər keçirməyi planlaşdırır.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-01-2024, 15:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO