Universitetlərə qəbul olmağa hazırlaşanlara ŞAD XƏBƏR
Ali məktəblərə qəbul zamanı keçid balında bu il müşahidə olunacaq dəyişiklik abituriyentləri sevindirə bilər. Bu dəyişiklik bəzi ixtisaslar üzrə keçid ballarının enməsini nəzərdə tutur.
Təhsil eksperti Elçin Süleymanov bu barədə “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, keçid ballarının enməsi plan yerləri ilə əlaqəlidir:
“2024-cü ildə də dövlət sifarişli yerlərin sayında artım nəzərdə tutulur. Bu bir neçə il öncə qəbul edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulub. Hər il dövlət sifarişli yerlərin, xüsusilə mühəndislik ixtisası istiqamətindəki yerlərin sayının artırılması gözlənilir. Düşünürəm ki, bu il 1-ci qrupda mühəndislik istiqamətlərində müəyyən qədər keçid ballarının enməsi müşahidə oluna bilər. Amma bunu yenə də abituriyentlərin və müraciət edənlərin ərizə sayı diqqətə alındıqdan sonra söyləmək daha doğru olar. Çünki bəzən bu tendensiya sözügedən səbəblərlə də formalaşır. Hal-hazırda əvvəlki illərin də təcrübəsinə baxılır və mühəndislik ixtisası üzrə plan yerlərinin artırılması fonunda keçid ballarının 40-50 bal enməsi müşahidə olunur. İkinci qrupda isə plan yerləri açıqlandıqdan sonra nəticələri bilmək mümkün olacaq. Lakin burada da keçid ballarının aşağı düşməsinə ümid var”.
Ekspert bir sıra ixtisaslar üzrə keçid ballarının artacağını da xüsusilə vurğulayıb:
“Müəyyən ixtisaslar var ki, burada keçid ballarının aşağı düşməsi gözlənilmir. Məsələn, 3-cü qrupda ballar aşağı düşməyəcək. Əksinə artım ehtimalı var. Xüsusilə də, pedaqoji ixtisaslar üzrə keçid ballarının yüksələcəyi gözlənilir. 4-cü qrupda da tibb ixtisaslarında həmin tendensiya qalacaq. Çünki bu sahədəki ixtisaslarda plan yerləri demək olar ki, illər üzrə çox da dəyişmir. Ona görə də, bunu gözləmək yersizdir”.
Elçin Süleymanov, həmçinin, yeni yaradılacaq “Qarabağ” universitetinin də keçid ballarına və plan yerlərinə müsbət dərəcədə təsir edəcəyini qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-01-2024, 22:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO