Uçan körpünün yerində yenisi istifadəyə verildi - Fotolar

Dekabrın 23-ü Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpü istifadəyə verilib.
RegionXəbərləricom.az AZƏRTAC-a istinadən xəbər verir ki, ikiaşırımlı yeni körpünün uzunluğu 66, eni 15 metrdir.
Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Qudyalçay üzərində yerləşən körpü sel sularının təsiri nəticəsində cari ilin sentyabr ayında dağılıb.
Həmin aydan başlayan tikinti işləri 3 ay ərzində yekunlaşdırılıb. Avtomobil körpüsündə piyadaların hərəkəti üçün zolaqlar tikilib, kənarlarına məhəccərlər quraşdırılıb.
Körpü istifadəyə verildikdən sonra da mühafizə bəndlərinin və istinad divarlarının tikintisi davam edəcək.
Qeyd edək ki, üç ay əvvəl sel sularının təsiri ilə körpü uçmuş, avtomobil çaya düşmüş və bir neçə nəfər xəsarət almışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-12-2023, 11:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT