“Sputnik Ermənistan” radiosu bir ay müddətinə efirdən məhrum eldi

Ermənistanın Televiziya və Radio Komissiyası “Sputnik Ermənistan”ın retranslyatoru olan “Tospa” radiostansiyasının lisenziyasını 30 gün müddətinə ləğv edib.
“Sputnik Ermənistan” xəbər verir ki, başqa bir qərarda komissiya retranslyatoru minimum əmək haqqının 500 misli miqdarında (təxminən 1200 dollar) cərimə edib.
Tənzimləyici lisenziyanın bir ay müddətinə dayandırılması qərarını 17 noyabr 2023-cü il tarixində yayımlanan “Tiqran Keosayanla cümə” verilişi ilə əsaslandırıb. Bildirilir ki, müəllif və aparıcı əcnəbi vətəndaş kimi buna “mənəvi haqqı” olmadan ölkənin və xalqın şərəf və ləyaqətini alçaldan, ironik və alçaldıcı ifadələr işlədib. Qeyd edilir ki, Keosayanın verilişi erməni redaksiyaları tərəfindən hazırlanmır və Rusiya yayım blokunun bir hissəsi olub.
İkinci qərar müəllif verlişi olan “Abovyan vaxtı”na aiddir. Burada yenə də komissiyanın fikrincə, çaxnaşma yayan, reallığa uyğun gəlməyən, yoxlanılmamış və etibarsız mənbələrə əsaslanan fikir və bəyanatlar səsləndirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-12-2023, 20:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO