reklam
Regionxeberlericom.az » Cəmiyyət » Baydenin mühafizə maşınına avtomobil çırpıldı - Çaxnaşmaya səbəb oldu

reklam

Baydenin mühafizə maşınına avtomobil çırpıldı - Çaxnaşmaya səbəb oldu

















ABŞ-da bir avtomobil Baydenin kortejini qoruyan avtomobilə çırpılıb.

“Associated Press” agentliyi xəbər verir ki, maşın dövlət başçısı Co Bayden və birinci xanım Cill Baydenin kortejini qoruyan park edilmiş avtomobilə çırpılıb.

Ağ Evdən verilən açıqlamaya görə, qəza ABŞ Prezidenti və həyat yoldaşının Delaverdə iıtirak etdiyi tədbir zamanı baş verib.

Agentliyin məlumatına görə, hadisə baş verən zaman Prezident seçki qərargahından zirehli avtomobilinə doğru gedirmiş. Bu zaman sedan modelli avtomobil qərargahın yaxınlığındakı gizli xidmətin avtomobilinə çırpılıb.

Bundan sonra naməlum şəxs avtomobili qapalı yolayrıcına sürməyə cəhd edib, lakin gizli xidmət əməkdaşları silahla maşını mühasirəyə alaraq sürücüyə təslim olmağı əmr ediblər.

Hadisədə qısamüddətli çaxnaşma yaşansa da, Baydenin karvanı bölgəni problemsiz tərk edib.

Gizli xidmət hadisənin qəza olduğunu açıqlayıb.

Hadisə zamanı xəsarət alan olmayıb, Həmçinin, hadisə Baydenin iş cədvəlinə də təsir etməyib.




Paylaş:


Müəllif : Tarix:
18-12-2023, 14:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər