Pulu qaytarmayıb intihar görüntüsü yaratdı - Bakıda inanılmaz fırıldaq

Dələduzluqda ittiham edilən iş adamı Cəfər Əliyevə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1974-cü il təvəllüdlü C.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, C.Əliyev Sadiq Yusifov adlı şəxsdən biznes qurmaq və gəlir əldə etmək adı ilə 145 min dollar (250 min manata yaxın) alıb.
İttihama əsasən, o, vədinə əməl etməyib və Sadiqə nəinki gəlir, aldığı pulları da qaytarmayıb. Bundan sonra S.Yusifov Cəfərdən pulunu tələb edib. Cəfər isə pulu gətirmək üçün Türkiyəyə gedəcəyini bildirib. Bir müddət sonra isə sonuncunun qohumları Sadiqə Cəfərin intihar etdiyini və dəfn edildiyini bildiriblər.
Lakin qısa vaxt sonra bu yalanın üstü açılıb və Cəfərin yaşadığı məlum olub. Onun barəsində edilmiş şikayət üzrə cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr tarixli hökmü ilə Cəfər Əliyevə 6 il həbs cəzası verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-12-2023, 12:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT