“Flaminqo festivalı” - Təbiətlə insanın vəhdəti
Noyabrın 21-də Qızılağac Milli Parkında Azərbaycanda ilk dəfə "Flaminqo festivalı" keçirilib.
Maraqlı tədbirlərlə yadda qalan festival çərçivəsində iştirakçılar üçün Qızılağac Milli Parkı ərazisində qayıq və kvadrasikllarla gəzinti təşkil edilib, ziyarətçilər körfəz ərazisində quş koloniyalarını müşahidə ediblər.
Festivalda konsert proqramı təşkil olunub, ziyarətçilər stendləri gəzərək ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı qazanıblar.
Festival çərçivəsində 1 milyon çəkikimi balıq körpəsi Qızılağac Milli Parkının körfəz ərazisinə, milli parkın faunasına xas olan turac quşları isə təbiətə buraxılıb.
Festival xüsusilə turistlərin marağına səbəb olub, iştirakçılar təbiətin möhtəşəmliyi ilə tanış olmaq imkanı qazanıblar.
Xatırladaq ki, festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər, həmçinin Qızılağac Milli Parkını tərənnüm edən simvollar nümayiş etdirilib.
Festivalda dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib, 500-dən artıq turist tədbirlərə qatılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-11-2023, 16:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT