“Dağıstanda sabitliyi pozmaq cəhdləri xaricdən olub”

“Dağıstan Respublikasında sabitliyi pozmaq cəhdləri xaricdən, eləcə də Ukraynayönümlü teleqram kanalları tərəfindən edilir”.
Bunu jurnalistlərə açıqlamasında regionun rəhbəri Sergey Melikov deyib.
O bildirib ki, respublika sakinlərini mitinqə çıxmağa çağıran teleqram kanallarından biri xaricdən idarə edilir: “Bu gün bizim əldə etdiyimiz tamamilə etibarlı məlumata görə, “Utro Dagestana” teleqram kanalı Ukrayna ərazisindən idarə olunur və tənzimlənir”.
Xatırladaq ki, oktyabrın 29-u yüzlərlə insan Mahaçqala hava limanı ərazisində etiraz aksiyasına toplaşıb. Buna səbəb İsraildən gələn təyyarə olub. Belə ki, yerli sakinlər yəhudilərin ərazidən çıxarılmasını tələb ediblər. Etirazçılar kütləvi şəkildə aeroportun binasına daxil olublar. İnsidentlə bağlı hava limanı bağlanıb. Hadisə zamanı 20-dən çox insan xəsarət alıb, 60 nəfər isə saxlanılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-10-2023, 10:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT