Torbalar pulla satılandan nə dəyişib? - Ekspert açıqladı
2022-ci ilin fevral ayından etibarən polietilen torbalar mağazalarda artıq pulsuz deyil, yəni satılır. Bu qərar verilərkən məqsədin ekologiyanı qorumaq olduğu vurğulanırdı. Amma yeniliyin təbiətin qorunmasına töhfəsi oldumu?
Yenbisabah.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, bu qərar 8 ayda ölkəmiz üçün effektiv təsir göstərib:
“Polietilen torbaların satışı, təbii ki effektini verdi. Əvvəla, torbaların keyfiyyətində özünü göstərdi. Hazırda satışda olan torbalar ekoloji cəhətdən əvvəlkilərlə müqayisədə daha yaxşı keyfiyyətə malikdir. Çürümə və torpağa qarışma baxımından əvvəlki torbalarla müqayisədə, indiki torbalar daha yüksək keyfiyyətə malikdirlər. Eyni zamanda, polietilen torbaların satılması insanların torbalara daha qənaətlə yanaşmasına gətirib çıxardı”.
Ekspert qeyd edib ki, dünya təcrübəsində də ekologiyanı qorumaq məqsədilə polietilen torbaların az istifadə edilməsi üçün addımlar atılır:
“Bu, beynəlxalq təcrübədə də özünü təsdiqləyib. Məsələn, sözügedən mövzuda Böyük Britaniya qədər təbliğat aparan ikinci ölkə yoxdur. Bu, reklamlara, sosial çarxlara, təbiətin mühafizəsi ilə bağlı müxtəlif tədbirlərə çox geniş yer ayrılıb, amma böyük vəsaitlər xərclənsə də, demək olar ki, ciddi anlamda heç bir irəliləyiş olmamışdı. Amma Böyük Britaniyada polietilen torbalar satılmağa başlayanda böyük sayda azalma baş verdi. Bu, indi Azərbaycanda da özünü göstərir. Yəni artıq insanların dünən istifadə etdiyi polietilen torbanı bu gün də istifadə etməsini görürük. Yaxud bütün ərzaqları 1 torba ilə aparırlar, halbuki əvvəllər 2-3 ədədindən istifadə edirdilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-10-2023, 15:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə