Azərbaycanda bu universitet BAĞLANIR- yanvar ayından.../RƏSMİ
Naxçıvan Universitetinin fəaliyyəti dayandırılır.
1999-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamış Naxçıvan Universitetinin lisenziyası gələn ilin yanvar ayından dayandırılacaq.
Buna səbəb Naxçıvan Təhsil Nazirliyinin universitetdə keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanması olub. Artıq Naxçıvan Universitetinin bütün kollektivinə də fəaliyyətinin dayandırılması ilə bağlı xəbərdarlıqlar edilib.
Məsələ ilə bağlı açıqlama verən rektorun köməkçisi Vüqar Ələkbərov bildirib ki, bu barədə söhbətlərin gəzməsindən onların da xəbəri var:
"Universitetlə bağlanması ilə bağlı söz-söhbətlər var. Hələlik bu barədə bizə rəsmi heç bir məlumat verilməyib".
Universitetin ilk rektoru İsmayıl Əliyev isə Qaynarinfo-ya məsələ ilə bağlı açıqlama verməkdən yayınıb:
Qeyd edək ki, 1999-2019-cu ildə universitetin rektoru təhsil ocağının yaradıcısı İsmayıl Əliyev olub. Sonradan ali məktəb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun nəzarətinə keçib. Bu ilin fevral ayında Naxçıvan Universitetinə Anar Kazımov rektor təyin edilib./Qaynarinfo
Paylaş:
Müəllif : Fuad
Tarix:19-10-2023, 12:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO