ABŞ F-16-sı Türkiyənin pilotsuz təyyarəsini vurdu – Pentaqon təsdiqlədi
ABŞ-ın F-16 döyüş təyyarəsi Suriyada Amerika hərbçilərinin yaxınlığında fəaliyyət göstərən Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarəni vurub.
Adının açıqlanmasını istəməyən iki ABŞ rəsmisi bu barədə “Reuters” agentliyinə məlumat verib.
Bildirilib ki, ABŞ Türkiyə rəsmilərinə bir neçə telefon zəngi edərək, onların ABŞ quru qoşunlarının yaxınlığında əməliyyat keçirdikləri barədə xəbərdarlıq edib.
Mövzu ilə bağlı Pentaqondan rəsmi açıqlama verilib.
“Türkiyənin PUA-sı ABŞ-ın elan etdiyi məhdud əməliyyat zonasına daxil olub. Komandirlər ABŞ qüvvələrinə yarım kilometrdən daha yaxın olan PUA potensial təhlükə yaradıb və özünümüdafiə məqsədilə F-16 döyüş təyyarələri pilotsuz təyyarəni zərərsizləşdirib. Ərazidəki səlahiyyətli rütbəlilər risk görüb bu qərarı veriblər. Baş verənlərə görə təəssüflənirik. Türkiyə ilə əlaqə saxlayırıq. Türkiyə NATO-nun mühüm müttəfiqidir”, - açıqlamada deyilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-10-2023, 10:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO