Elariz intim videosundan danışdı
"Bu sənətə gəldiyim üçün heç zaman peşman olmamışam. 10 yaşım olanda atam məni musiqi məktəbinə apardı. Musiqi məktəbində 5 il təhsil aldım, savadlandım. Sonra vokal dərsləri aldım, ardınca xor dərnəyində solist oldum. Daha sonra Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub, rejissorluq və aktyorluq sənətinə yiyələndim. Bir sözlə, 10 yaşımdan mən səhnə adamıyam. Hər zaman işlərim uğurlu olub".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elariz Məmmədoğlu "Xoş gəldim" verilişində deyib. Proqrama virtual qonaq olan ifaçıya aparıcı illər əvvəl yayılan intim videosu haqda sual ünvanlayıb.
"Paxıl insanlara da hörmət edirəm. Çünki onlar xalqımın övladlarıdır. Neyləmək olar? Bu, onların xasiyyətidir. Paxıllıq bir xəstəlikdir. Çalışsınlar, bu hissi ürəklərindən silsinlər. Badalaq gələnlər də çox olub. Amma Allah hər zaman mənə komək edib. İllər əvvəl intim videolarımı internetə yayan insanların kimliyi haqda dəqiq bir məlumatım yoxdur. Dost olan düşmənlər, yəni belə də onları adlandırmaq olar. Hər şeyi Allaha tapşırmaq olmaz, çünki onun işi çoxdur" deyə, Elariz cavab verib.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-09-2023, 16:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO