Bakı-Naxçıvan təyyarəsi geri qayıdıb
"Azərbaycan Hava Yolları"nın Bakı-Naxçıvan marşrutu üzrə J2-2257 reysini həyata keçirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı yaxınlığında əlverişsiz hava şəraiti ilə (güclü yan külək) əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, təyyarə saat 01:45-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra saat 05:10-da Naxçıvana yola düşüblər.
Qeyd edək ki, hava proqnozuna əsasən, yaxın iki gündə (iyulun 10-u və 11-i) Naxçıvan ərazisində güclü külək gözlənilir. Bununla əlaqədar olaraq, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə reyslərin təxirə salınması və ya vaxtının dəyişdirilməsi hallarının təkrarlanması ehtimalı istisna edilmir.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-07-2023, 13:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT