"Kremlə PUA hücumu Rusiyanın planı ola bilər" - ISW
Müharibə Araşdırmaları İnstitutu (Institute for the Study of War - ISW) gündəlik hesabatında belə qənaətə gəlib ki, "Ukraynanın pilotsuz uçus aparatlarının Kremlə hücumu" Rusiyanın bir hiyləsidir.
ISW analitikləri xatırladırlar ki, Rusiya hakimiyyəti son aylar Moskva ətrafında hava hücumundan müdafiəni ciddi şəkildə artırıb, ona görə də iki pilotsuz təyyarənin hava hücumundan müdafiə sisteminin çoxsaylı təbəqələrindən keçməsi ehtimalı azdır.
Həmçinin analitiklər qeyd edirlər ki, Moskvanın dərhal hadisə ilə bağlı ətraflı, koordinasiyalı və əlaqələndirilmiş hesabat verməsi hücumun daxildən hazırlanmasına işarədir.
Analitiklər belə qənaətə gəliblər ki, hakimiyyət Kremlə hücum təşkil etməklə Rusiya əhalisinə müharibənin yaxın olduğunu və hər kəsin bu müharibədə iştirak etməli olduğunu göstərməyə, həmçinin daha geniş sosial səfərbərliyə şərait yaratmağa çalışır.
Rusiya tərəfi dron hücumunun imitasiya olması ilə bağlı fərziyyəni təkzib edir.
Xatırladaq ki, dünən Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti Ukraynanın gecə saatlarında Kremlə zərbə endirməyə cəhd etdiyini bildirib. Ukrayna tərəfi iddiaları təkzib edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-05-2023, 11:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT