reklam
Regionxeberlericom.az » Cəmiyyət » Yerli telekanallara niyə baxılmır? - “Ekranda öpüşmə səhnəsi görəndə başlayırlar ki...”

reklam

Yerli telekanallara niyə baxılmır? - “Ekranda öpüşmə səhnəsi görəndə başlayırlar ki...”















“Bu gün Azərbaycan telekanallarına baxan yoxdur” iddiası ilə çıxış edənlər var. Halbuki onlar özləri vaxtilə yerli kanallarda çalışıblar. Əslində isə yerli telekanallara, yerli proqramlarımıza baxan var, həqiqətən var. Baxın, əgər bu gün mən efirdə bir cinayət işi barədə nə isə deyirəmsə və adları çəkilən şəxslər dərhal studiyaya zəng vurursa, bütün bölgə anında reaksiya verirsə, demək olmaz ki, telekanallarımıza baxan yoxdur...” 

Bu sözləri  tanınmış televiziya aparıcısı Amil Xəlil deyib. “Heç kəs yerli kanallara baxmır” fikirlərinə sərt reaksiya verən aparıcı bunun doğru olmadığını bildirib:

“Mən bölgələrə səfərə getdiyim zaman görürəm ki, orada kabel televiziyaları, peyk antenləri var, amma insanlar yenə də yerli kanallara baxırlar. O gün bir jurnalist dostumuzun evinə qonaq getmişdim orada da "yerli telekanallara baxmırlar” mövzusu müzakirə olundu. Sual etdim ki, sən özün indi yerli telekanala baxırsan, niyə baxırsan? Qayıtdı ki, xəbərlərdir.

Bu fikir insanlarda sosial media ortaya çıxandan sonra artdı. Məsələn, biri şərhdə mən baxmıram yazdısa, o birilər də eyni sözü yazırlar. Amma yenə deyirəm, yerli telekanallara baxan kifayət qədərdir. Hətta "Mədəniyyət", "İdman" kanalına baxanlar da var. Mənim bir dostum "Mədəniyyət" telekanalında veriliş aparmağa başladı, bir müddət sonra özü də təəccübləndi ki, sən demə, nə qədər baxan var imiş, ona bu barədə zənglər olunub. Halbuki "Mədəniyyət" kanalı reytinqlərdə aşağı sıradadır. İnsanlar yerli proqramlara baxırlar, sadəcə bir az dəyər vermək lazımdır”.

Amil Xəlil qeyd edib ki, insanlar xarici telekanallarda seriallara baxsalar da, eyni mövzulu ekran işi ölkəmizdə yayımlandıqda onu biabırçılıq adlandırırlar:

“Bir dəfə demişdim, yenə deyirəm, insanlar 15 yaşlı uşaqları ilə xarici telekanallardakı +18 seriallara baxırlar, amma yerli telekanalda bir öpüşmə səhnəsi gedəndə başlayırlar ki, əşşi bu nədir, biabırçılıqdır və s. İnsanlar yerli telekanallardan hər şey tələb edirlər, amma özləri başqa seriallara baxırlar. 

Deyirlər, türk seriallarına - “Yaprak dökümü”, “Aşk-ı Memnu”ya baxırıq. Amma o seriallar bizdə olsaydı nə reaksiya verərdilər? Deyərdilər bu nədir, oğlan əmisinin arvadına göz dikir. Xaricilərə əlləri çatmır, amma bizə dərhal reaksiya verirlər. Bu yanaşma forması yanlışdır. 

Bu gün təəssüflər olsun ki, kanallardan biznes məqsədilə istifadə edən aparıcılar var. Yaxşı qazanırlar, özləri bilər, Allahlları bilsin. Amma yerli kanallarda televiziyanı sevən aparıcılar da var. İstər xəbərlərə, istər şou verilişlərinə baxanlar yetərincədir, “heç kim baxmır” yanaşması boş söhbətdir. Belə insanlar bilirlər ki, bu aktual mövzudur, ona görə 1-2 aydan bir bu cür fikirlər səsləndirirlər. Mən televiziyadan qovulsam belə çıxıb yerli telekanallar barədə heç vaxt mənfi fikirlər səsləndirmərəm. Çünki bu mənim öz kanalımdır, əksinə, dəstək vermək lazımdır. Təbliğat çox önəmlidir”.




Paylaş:


Müəllif : Tarix:
20-04-2023, 16:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər