“Test üsulu uşaqları məktəbdən didərgin saldı”- Deputat
“Ali məktəblərə qəbul imtahanlarında test üsulunun tətbiqini dəyərləndirmişik. Bu sistem bilikli abituriyentlərin ali məktəblərə daxil olmasına şərait yaratdı. Lakin uşaqları məktəblərdən didərgin saldı. Məktəb şagirdlərə zəruri biliklər verməklə yanaşı, tərbiyə etməli və onların fiziki hazırlığını gücləndirməlidir. Uşaqların məktəbdən didərgin salınması sosiallaşmanı yoxa çıxardı, tərbiyə faktorununun üstündən xətt çəkdi. Bir cəmiyyətdə ki uşaqlar müəllimə hazırlıq üçün pul verirlərsə, bu, mütləq münasibətləri korlayır. Artıq məktəb təhsili tamamilə sıradan çıxıb”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Etibar Əliyev deyib.
O bildirib ki, uşaqlar müəyyən edilmiş vaxtlarda məktəbdə yox, əllərində test kitabçaları evlərdə, yaxud kurslarda təhsil alırlarsa, onların davranışlarında mütləq dəyişiklik yaranır. Valideynlər uşaqlarının harada olmasından xəbərsiz olurlar:
“Təəssüf ki, uşaq və yeniyetmə psixologiyası sahəsində tədqiqatlar yetərli deyil. 10-11 sinif uşaqlarının məktəbdən kənar qalmaları ali təhsil mərhələsində də özünü göstərir. Uşaqlar elə başa düşürlər ki, onlar üzərlərinə düşən işi yerinə yetiriblər. Tələbələrin əksər hissəsində arxayınçılıq yaranır. Məktəbi itirən cəmiyyət gələcəyini itirmiş olur. Məktəbi öz axarına qaytarmaq lazımdır. Qəbul prosesini sadələşdirmək, proqramları yüngülləşdirmək, lakin qısa zaman kəsiyində uşaqları məktəbə qaytarmaq lazımdır. İfrat dərəcədə dinə yuvarlanan, oğru aləminin üzvünə mahnı oxuyan, zərərli vərdişlərə aludəçi olan gənclik çox təhlükəlidir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-03-2023, 11:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”