reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bugünkü bəyanatda nələr qeyd olunub? - Tam mətn

reklam

Bugünkü bəyanatda nələr qeyd olunub? - Tam mətn

















Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə keçirilən danışıqların yekunlarına dair birgə bəyanatla çıxış ediblər. 

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan və Azərbaycan güc tətbiq etməkdən və onun tətbiqi hədəsindən çəkinmək barədə razılığa gəliblər.

Rusiya, Azərbaycan və Ermənistan 9 noyabr 2020-ci il tarixli sazişlərə əməl etmək öhdəliyini bir daha təsdiqləyib. Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hazırlığa kömək edəcək.

Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bütün problemləri müzakirə etmək barədə razılığa gəliblər.

Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyini qeyd ediblər.

Rusiya, Azərbaycan və Ermənistan Rusiya sülhməramlılarının Qafqazda sabitliyin təmin edilməsi üçün səy göstərməsi tələbini qeyd ediblər.

Rusiya, Azərbaycan və Ermənistan qalan humanitar məsələlərin həlli üçün əlavə səylər göstərəcəklər.




Paylaş:


Müəllif : Tarix:
31-10-2022, 23:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər