Şuşanı işğal edən erməni general öldü 21:35

Dünən Şuşanın işğal əməliyyatının qərargah rəisi, 76 yaşlı erməni general-mayor Feliks Qzoğyan ölüb.
Musavat.com xəbər verir ki, Rafael (Feliks) Hovhannes Qzoğyan 1943-cü il yanvarın 15-də, Ermənistanın Loru vilayətinin Şamluğ (Şamlıq-red) qəsəbəsində anadan olub.
Qzoğyan 1963-cü ildə Daşkənd Ali Tank Komandirləri Məktəbini bitirdikdən sonra SSRİ SQ-nin Zaqafqaziya Hərbi Dairəsinin müxtəlif hərbi hissələrində tank taqım komandiri, tank bölük komandiri, tank tabor komandiri, tank hərbi hissə komandiri və tədris mərkəzinin rəhbəri kimi xidmət edib.
1988-ci ildə Sovet ordusundan tərxis olunub və polkovnik-leytenant rütbəsi ilə Ermənistana göndərilib. Bundan sonra "Yerkrapah" hərbi təşkilatının tərkibinə daxil olub və İcevan "yerkrapahçıları"nın qərargah rəisi kimi sərhəd zonasına gedib. 1990-cı ildə İrəvanda təşkil olunmuş Xüsusi Alay komandirinin müavini (qərargah rəisi) təyin olunub. Daha sonra Goranboy rayonunda təxribatçı əməliyyatlarının sistemləşdirilməsi üçün Şahen Meğryanla birlikdə bölgəyə göndərilib. Erkəç, Buzluq, Mənəşli kəndlərinin işğal əməliyyatlarına rəhbərlik edib.
Qzoğyan 1991-ci ildə Ermənistanın Müdafiə Komitəsinin yaradılması işində iştirak edib və bundan sonra Qarabağa göndərilib. 1992-ci ilin fevralında seperatçı qüvvələrin "qərargah rəisi" təyin olunub. 1992-ci il ilin 17 oktyabrından 1993-cü ilin 11 martına qədər cənub-şərq istiqamətinin komandiri təyin olunub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:11-07-2019, 22:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:11-07-2019, 22:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
9-09-2025, 14:26
9-09-2025, 10:07
9-09-2025, 10:04
9-09-2025, 08:42

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO