Ötən il narkotik istifadəçisi olan 20, spirtli içki aludəçiliyinə görə 10 polis işdən çıxarılıb

Daxili İşlər Nazirliyi (DİN) 2018-ci il ərzində daxili işlər orqanlarında nizam-intizama və qanunçuluğa riayət olunması ilə bağlı statistik məlumatları açıqlayıb.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, ötən il ərzində nümunəvi xidmətlərinə, o cümlədən, ictimai asayişin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə əldə etdikləri nailiyyətlərə görə daxili işlər orqanlarının 15 715 əməkdaşı mükafatlandırılıb.
Daxili işlər orqanları üzrə istər xidmətdə, istərsə də xidmətdən kənar vaxtlarda nizam-intizam qaydalarının, həmçinin, qanunçuluğun tələblərinin pozulması hallarına yol verdiklərinə görə 5103 nəfər əməkdaş cəzalandırılıb.
2018-ci ildə daxili işlər orqanları əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilməsi ilə bağlı 370 fakt qeydə alınıb, buna görə 487 nəfər əməkdaş müvafiq qaydada cəzalandırılıb, onlardan 92 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub.
O cümlədən, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı 297 fakt qeydə alınıb, bu cür neqativ hərəkətlərinə görə 400 nəfər əməkdaş intizam məsuliyyətinə cəlb olunub, onlardan 27 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Ümumilikdə, 296 nəfər əməkdaş mənfi motivlərlə, o cümlədən narkotik vasitələrdən qanunsuz istifadə etdiklərinə görə 20 nəfər, spirtli içkilərə aludəçilik etdiklərinə görə isə 10 nəfər əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-07-2019, 15:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-07-2019, 15:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
9-09-2025, 14:26
9-09-2025, 10:07
9-09-2025, 10:04
9-09-2025, 08:42
8-09-2025, 15:58

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT