reklam
Regionxeberlericom.az » Cəmiyyət » “TİCARƏT ŞƏBƏKƏLƏRİNİN BU SOYĞUNÇULUĞU OLMASA...” – Assosiasiya rəhbəri ifşaedici rəqəmlər açıqladı

reklam

“TİCARƏT ŞƏBƏKƏLƏRİNİN BU SOYĞUNÇULUĞU OLMASA...” – Assosiasiya rəhbəri ifşaedici rəqəmlər açıqladı









Dünyada pərakəndə ticarət şəbəkələrinin formalaşması, genişlənməsi müsbət iqtisadi proses kimi dəyərləndirilir. Bu, istehlak bazarına effektiv nəzarət imkanı yaradır, istehlakçı hüquqlarının daha yaxşı qorunmasını təmin edir. Eyni zamanda şəbəkələşmiş ticarət obyektləri məşğulluğun təminatında mühüm rol oynayır.

Azərbaycanda da son 10 ildə pərakəndə ticarətdə sürətli şəbəkələşmə gedib. Hazırda ölkə üzrə 10-a yaxın iri ticarət şəbəkəsi fəaliyyət göstərir. Onların bəzilərinin onlarla, hətta yüzlərlə ticarət nöqtələri var. Müşahidələrimiz göstərir ki, Azərbaycanda ticarət şəbəkələri dünya təcrübəsindəki müsbət məqamlardan xeyli uzaqdır. Bir sıra şəbəkələrin saxlama anbarları bərbad vəziyyətdədir – məhsulların, xüsusilə spesifik saxlanma şərtləri tələb edən məhsullarla bağlı belə rejimə əməl olunmur. İstehlakçılara vaxtı keçmiş məhsullar təqdim olunur. Eyni zamanda çoxsaylı satış obyektlərinə malik şirkətlər istehsalçı və idxalçı şirkətlərə qarşı diskriminasiyaya yol verirlər. Əldə etdiyimiz məlumata görə, ticarət şəbəkələri istehsalçı və idxalçı şirkətlərdən satışa mal qəbul edərkən ticarət əlavəsindən başqa ayrı faiz də tələb edirlər. Malın rəsmiləşmə qiymətinin 3-5 faizi qədər əlavə haqq alınır. Bundan başqa, bu və ya başqa məhsulu satış obyektlərində görünən yerlərə qoymaq üçün də əlavə haqq alınır. Şəbəkələrin bu tələblərinə əməl etməyənlərin məhsulu satışa qəbul edilmir.

Azərbaycan Quş Əti,Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli “Musavat.com” saytına açıqlamasında bildirib ki, ticarət şəbəkələri toyuq əti istehsalçılarına qarşı ciddi qanunsuzluqlara yol verirlər: “Toyuq məhsulunun şəbəkədə satışının təşkil edilməsi üçün ümumi dövriyyədən faiz (15-20 faizədək) şəkilində əlavə ödəniş tələb edirlər. Şəbəkəyə daxil olan hər yeni mağazanın açılışında məhsulun satılıb-satılmamasından asılı olmayaraq məcburi açılış faizi və hədiyyə tələb olunur. Bundan əlavə, istehsalçılar yeni çeşid tanıtımı, məhsulların piştaxtada daha yaxşı yerdə yerləşdirilməsi üçün əlavə faiz ödəməli olurlar”.

Assosiasiya rəhbərinin sözlərinə görə, ticarət şəbəkələri bir çox hallarda piştaxtada məhsulla bağlı AQTA-nin müəyyən etdiyi tələblərə əməl etmirlər: “Saxlanma şərtləri pozulur, nəticədə geriqaytarma faizi normadan yüksək olur. Norma hazırda 8 faizdir. Bundan əlavə, toyuq məhsulları istehsalçılarının üzləşdiyi daha bir problem ticarət şəbəkələrinə verdikləri malın pulunu aylarla ala bilməmələridir. Uzun müddət böyük həcmdə pulu özlərində saxlayır, daha sonra onu vermək üçün əlavə 5-10 faiz endirim olunmasını tələb edirlər. Mövcud ticarət şəbəkələrindən yalnız “Bravo” aldığı malın pulunu vaxtında verir. Daha bir problem hər il artan dövriyyəyə görə əlavə faizin tələb olunmasıdır. İnandırım sizi, ticarət şəbəkələrinin bu soyğunçuluğu olmasa, toyuq məhsullarının qiymətində xeyli fərq olar. İstehsalçı məcburdur ki, şəbəkələrin ondan qanunsuz yerə aldığı vəsaitləri malın qiymətinə əlavə eləsin. Bu qanunsuz tələblər aradan qaldırılarsa, Azərbaycanda toyuq məhsullarının qiymətində sabitlik yaranar”.




Paylaş:


Müəllif : Tarix:
10-03-2022, 16:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər