reklam
Regionxeberlericom.az » Cəmiyyət » Plastik tullantılarla mübarizə üzrə forum başladı

reklam

Plastik tullantılarla mübarizə üzrə forum başladı


“Azərbaycanda plastik tullantılara qarşı mübarizə” adlı maarifləndirici forum başlayıb.
Tədbirin təşkilatçısı olan “Azərbaijan Volunteers` Public Union”dan “Yeni Sabah”a göndərilən məlumata əsasən, Azərbaycan Könüllülər İctimai Birliyi UNESCO-nun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilati dəstəyilə “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” adlı yeni layihəyə start verir.

Layihənin keçirilməsində məqsəd plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə əhalinin məlumatlılığın artırılması, plastik qabların istifadəsini azaltmaqla ekoloji mədəniyyəti artırmaqdır.

Layihə öz işinə “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” forumu ilə başlayacaqdır. Forum 06.07.2019-cu il tarixində "Park Inn by Radisson Baku" mehmanxanasında keçiriləcək.

Layihə çərçivəsində müasir metodologiyadan istifadə etməklə bu sahədə 30 nəfərdən ibarət könüllülər üçün TOT (Təlimçilər üçün Təlim) seminarları təşkil olunacaq.Hazırlanacaq sosial film vasitəsilə könüllülərin ətraf mühiti plastik tullantılardan təmiz saxlamaları və “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında maarifləndirici kampaniyaya qoşulmaları təşviq ediləcək.


Paylaş:


Müəllif : Tarix:
1-07-2019, 13:11
Sikayət   


loading...
Загрузка...