Müəllim işləmək üçün 29 mindən namizəd qeydiyyatdan keçdi

Müəllim olmaq istəyənlər üçün elektron sənəd qəbulu davam edir.
Təhsil Nazirliyindən bildirilib ki, iyunun 24-dən start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün29 mindən çox namizəd elektron qeydiyyatdan keçib, 26 mindən çox namizədin isə elektron ərizəsi təsdiqlənib. Müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-də başa çatacaq.
Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Ötən il müsabiqəyə qatılanlar həmin nəticələri ilə birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərən və 3 ildən az müddətə işdən ayrılan, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak edənlər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər.
Elektron ərizəsi yoxlanılaraq qəbul edilən namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq. İmtahanların iyulun 8-dən Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilməsi nəzərdə tutulub.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-06-2019, 16:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-06-2019, 16:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
9-09-2025, 14:26
9-09-2025, 10:07
9-09-2025, 10:04
9-09-2025, 08:42
8-09-2025, 15:58

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT