Toyda virus var, şou proqramda yoxdur? - VİDEO
Toy mərasimlərinə qoyulan iştirakçı limiti əyləncə məclislərində və ya şou proqramlı restoranlarda tələb olunmur. Vətəndaşlar bu fikirdədir. Onlar bəzi kütləvi məclislərin təşkilində eyni qaydaların tətbiq olunmamasından gileylənirlər. Bəzi vətəndaşlar pandemiya qaydalarının tətbiqi ilə bağlı ayrı-seçkilik edildiyi qənaətindədirlər.
Teref.az "Xəzər Xəbər"ə istinadən yazır ki, restoran inzibatçıları da bu məsələdən şikayətçidirlər.
Bu sahədə çalışan Rəşad Abdullayevin sözlərinə görə, təkcə toya gələn qonaqlara qoyulan limit deyil, həmçinin digər mərasimlərin təşkilinə qoyulan məhdudiyyət də onların işini çətinləşdirib.
İnzibatçılar həmçinin bildirirlər ki, şou proqram və digər əyləncə tədbirlərini də onlar eynilə toy məclislərində tətbiq olunan qaydalar əsasında təşkil edirlər. Bunun isə bir neçə səbəbi var.
Mövzuya münasibət bildirən Daxili İşlər Naziriliyinin şöbə rəisi Elşad Hacıyevin sözlərinə görə, toylara və ya ümumiyyətlə tədbirlərin keçirilməsində gələn qonaqlara tətbiq olunan limit nazirliyin səlahiyyətində deyil.
Qeyd edək ki, hazırda təşkil olunan bütün məclislərə gələn qonaqlar COVID-19 pasportu əsasında zallara buraxılır. Masalar arasındakı məsafə və masa ətrafındakı qonaqların sayı isə 6 nəfərdən çox olmamalıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-12-2021, 11:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video