Lənkəranda tələbələrin halı pisləşdi, 4 nəfər reanimasiyaya düşdü

Tələbələrin halının pisləşməsinə hava şəraitinin kəskin isti keçməsi səbəb olub
Lənkəran Dövlət Universitetində sessiya vaxtı tələbələrin halı pisləşib.
Maliyyə və İqtisadiyyat ixtisasları üzrə qiyabi təhsil alan 2-ci kurs tələbələrindən olan Yardımlı rayon sakini, 2000-ci il təvəllüdlü Ulduz Kərimlinin halı qəfildən pisləşib. U.Kərimli Təcili Yardım həkimlərinin ilkin yardımından sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Daha sonra xəstəxanaya LDU-nun daha 6 qiyabi təhsil alan tələbəsi müraciət edib.
Bildirək ki, Lənkəran Dövlət Universitetində halı pisləşən ilk tələbə üçün təcili yardım çağırılıb, digər tələbələr isə müəllimlərin köməyi ilə xəstəxanaya aparılıblar. Halı pisləşən tələbələr 2000-ci il təvəllüdlü Yardımlı rayon sakini Ulduz Kərimli, 1999-cu il təvəllüdlü İmişli rayon sakini Qumral Əzizova, 2000-ci il təvəllüdlü Biləsuvar rayon sakini Ləman Rzazadə, 1998-ci il təvəllüdlü Şabran rayon sakini Ədilə Cəlilova, 1997-ci il təvəllüdlü Bakı şəhər sakini İlahə Nəzərova, 1999-cu il təvəllüdlü Cəlilabad rayon sakini Aygün İbrahimova, 1998-ci il təvəllüdlü Bərdə rayon sakini Ülviyyə Ağazadədir. Tələbələrdən Ulduz Kərimli, Ləman Rzazadə, Ədilə Cəlilova və İlahə Nəzərova xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
İlkin məlumata görə, tələbələrin halının pisləşməsinə hava şəraitinin kəskin isti keçməsi səbəb olub.
Artıq tələbələrin vəziyyəti stabilləşdirilib, bir nəfər evə buraxılıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:24-06-2019, 17:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:24-06-2019, 17:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:26
Dünən, 10:07
Dünən, 10:04
8-09-2025, 15:58

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO