reklam
Regionxeberlericom.az » Cəmiyyət » İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar... - NƏ ETMƏLİ?

reklam

İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar... - NƏ ETMƏLİ?


Ölkədə illərlə çalışan, lakin mənzil sahibi ola bilməyən insanların sayı olduqca çoxdur. Buna səbəb isə mənzillərin bahalığı, ipoteka kreditlərinin faiz dərəcəsinin yüksək olmasıdır.
Məsələn, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən yaşayış kompleksindəki məzillərin qiymətləri 1 otaqlı 76.30 kv.m – 616.19 manatdan, 2 otaqlı 102.80 kv.m – 830.20 manatdan, 3 otaqlı 136.60 kv.m – 1103.17 manatdan, 4 otaqlı 187.45 kv.m – 1513.83 manatdan başlayır. Bakı şəhəri, Gəncə prospektində yerləşən “Xətai Park” yaşayış kompleksində isə 1 otaqlı 53.25 kv.m – 411.77 manatdan, 2 otaqlı 76 kv.m – 587.69 manatdan, 3 otaqlı 108.53 kv.m – 839.24 manatdan, 4 otaqlı 151.62 kv.m – 1172.45 manatdan başlayır. Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən yaşayış kompleksində 1 otaqlı 50.50 kv.m – 333.20 manatdan, 2 otaqlı 96.67 kv.m – 637.82 manatdan, 3 otaqlı 130.02 kv.m – 857.87 manatdan başlayır.

Görəsən mənzillərin qiymətinin bu qədər baha olmasına səbəbi nədir? Mənzil sahibi olmaq istəyən şəxslər üçün özəl yoxsa dövlət ipotekaları daha əlverişlidir?

Əmlak eksperti Elnur Fərzəliyev Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, bəziləri normal iptekaya oxşayır, amma onların illik faiz dərəcəsi 10 faizdən yuxarıdır.

“Nağd şəkildə mənzil almaq hər vətəndaş üçün əlçatan deyil. Bununla bağlı zamanla həm dövlətin, həm də özəl sektorun layihələri olub. Böyük tikinti şirkətləri var ki, reklamları gedir, böyük kompleksləri var. Orada ilkin ödəniş 10-20 faiz olur. Qalan məbləğ isə aylara bölünür. Bəziləri var ki, qısa müddətə kreditə verir. Bu zaman mənzillərin aylığı çox yüksək olur. Bəziləri isə normal iptekaya oxşayır, amma onların illik faiz dərəcəsi 10 faizdən yuxarıdır.

Dövlət ipotekasında isə güzəşli mənzillər 4 faizdən başlayır, normal ipoteka isə 7-8 faiz arasında dəyişir. Burada təbii ki, bəzi məqamlar var. Məsələn, bəzi mənzillərin aylıq ödənişi ucuz görsənir, amma burada dəyişən evin kvadratının az olmasıdır. Ümumi sahə az olduqca, ümumi məbləğ azalır və aylıq ödənişlərdə aşağı düşür.

Özəl şirkətlərin satdığı mənzillər var və reklam edirlər ki, “5000 manat verməklə ev sahibi ola bilərsiniz”. Vətəndaşlar ödənişin az olmasını görüb bu mənzillərə üz tutur. Amma bu mənzillərin aylış ödənişi o qədər yüksək olur ki, bir neçə ay ödədikdən sonra vətəndaş bu məbləği ödəyə bilmir”.

Ekspert özəl və dövlət ipotekalarının fərqindən danışan zaman bildirib ki, özəllər vətəndaşlardan rəsmi iş yeri tələb etmir, amma dövlət ipotekaları və güzəştli mənzillərdə rəsmi iş yeri tələb olunur.

“2020-ci ildən Dövlət İpoteka və Zəmanət Fondu Bakı şəhəri üzrə 4 ərazidə, Sumqayıt, Xırdalan və Masazırda satışları başlayıb. Mindən çox vətəndaş bu yolla mənzil əldə edə bilib. Bu layihələr get-gedə sadələşir.

İpoteka və Zəmanət Fondunun təqdim etdiyi kirayə öhdəliyi ilə mənzil satışı digərlərindən daha rahatdır. Yəni, burada illik faiz 4, sığorta haqqı isə tələb olunmur. Digər kreditli satışlarda illik sığorta tələb olunur.

Ən əsas üstünlüyü isə rəsmi iş yerinin tələb olunmamasıdır. Vətəndaş hərhansı kiçik sahibkarlıq, bizneslə məşğuldursa, vergi ödəyicisidirsə, ailə üzvlərindən biri xarici ölkədə çalışırsa və gəlirini rəsmi olaraq göstə bilirsə, həmin inslarada mənzil verilir. İlkin ödəniş isə illik kirayə qiyməti qədər olur. Məsələn, kirayə qiyməti 300 manatdırsa, 3600 manat ilkin ödəniş tələb olunur.

Mənzillərin nəğd satış qiymətləri və aylıq kirayə qiymətləri real bazarda həmin evlərin satış və kirayə qiymətindən nisbətən aşağıdır”.

Ekspertin sözlərinə görə, xarıci dövlətlərdə ən aşağı faiz dərəcəsi daşınmaz əmlaka ayrılan faiz dərəcələridir.

“Məsələn, illik 2 faizdir. Buna səbəb isə odur ki, ev alan isan özünə müəyyən əşyalar, texnikalar alır və bununla daxili bazar inkişaf edir. Dövlət əmlaka ayrıdığı faizdən az qazansa da həmin ev alan şəxsin iqtisadiyyata verdiyi faydadan digər sahələrdə daha çox qazanır”.


Paylaş:


Müəllif : Tarix:
20-10-2021, 14:16
Sikayət   


loading...
Загрузка...