“Nar”ın Baş icraçı direktoru: “Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir"
“Nar”ın əsas hədəfi Azərbaycanın müştəriyönümlü mobil operatoru olmaqdır. Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir”. Bunu “Azerfon” MMC-nin Baş icraçı direktoru Qunnar Panke Trend İnformasiya Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, mobil operatorun məqsədi müştərilər üçün həm sərfəli, həm də keyfiyyətli xidmət təqdim etməkdir. Bunun üçün mobil operator xidmət və satış mərkəzlərini yeniləməklə tamamilə yeni müştəri xidməti təcrübəsi və abunəçilərin real ehtiyaclarını qarşılayan məhsullar təqdim edir.
Q.Panke qeyd edib ki, ardıcıl olaraq 2 il “Nar”ın müştəri məmnuniyyəti indeksi üzrə lider olması da təsdiqləyir ki, abunəçilər mobil operatorun təkliflərini qiymətləndirir və ona güvənirlər: “Müştəriyönümlülük konsepsiyası bizi bütün prioritetlərimizə doğru istiqamətləndirir, xüsusilə təkliflərimizi hazırlamaqda, müştərilərimiz ilə qarşılıqlı münasibət qurmaqda bizi müşayiət edir. Müştəri ehtiyaclarını ən yaxşı anlayan mobil operator kimi bazarda lider mövqeyimizi qorumağa çalışırıq”.
“Nar”ın bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının sayını artırması nəticəsində 2021-ci ilin birinci rübü ərzində 4G istifadəçilərinin sayı 32% artıb. Q.Panke əlavə edib ki, işğaldan azad edilmiş əraziləri müasir və dayanıqlı şəbəkə ilə təmin etmək mobil operatorun prioritetlərindən biridir. Artıq Şuşa, Cəbrayıl, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənd keyfiyyətli və kəsintisiz mobil şəbəkə ilə əhatə olunub. Mobil operatorun gələcək planları və hədəfləri barədə ətraflı danışan “Azerfon”un Baş İcraçı direktoru Q.Pankenin Trend İnformasiya Agentliyinə geniş müsahibəsini aşağıdakı keçiddən oxumaq olar: https://az.trend.az/business/economy/3454487.html
Paylaş:
Müəllif : Fuad
Tarix:13-07-2021, 16:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-07-2021, 16:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15
2-09-2025, 12:12
2-09-2025, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə