Navalnı aclıq aksiyasına başladı

Həbsdə olan rusiyalı bloger Aleksey Navalnı aclıq aksiyasına başlayıb.
Müxalifətçi aksiyanı dəvət olunan həkimin onunla görüşməsinə icazə verilmədiyinə görə başladıb.
“Mən qanuna riayət etməyi və dəvət etdiyim həkimi yanıma buraxmaları üçün aclıq elan edirəm”, – deyə Navalnının İnstaqram səhifəsində yazılıb.
Bundan əvvəl Navalnının vəkili Olqa Mixaylova onun səhhətində problem yaranması ilə bağlı məlumat vermişdi. Bildirilirdi ki, Navalnı ayaq və bel ağrısından əziyyət çəkir. Hazırda həmin ağrıların ayaqlara doğru yayıldığı, sağ və sol ətrafların hissiyatını itirdiyi qeyd edilir.
Mixaylovanın sözlərinə görə, dəvət olunan həkimin Navalnı ilə görüşməsinə, tövsiyə olunan dərmanların alınmasına icazə verilmir, diaqnoz müayinə nəticələri indiyədək açıqlanmır.
Federal Penitensiar Xidmət isə blogerin səhhətinin qənaətbəxş və stabil olduğunu açıqlayıb.
Qeyd edək ki, fevralın 2-də Moskvanın Simonovski şəhər məhkəməsi Navalnının “İv Roşe” işi üzrə şərti cəzasını ləğv edərək onu 3,5 illik real həbs cəzası ilə əvəz edib. Onun “İv Roşe” işi üzrə ev dustaqlığında keçirdiyi 1 il nəzərə alınaraq həbsxanada 2,5 il cəza çəkəcək. qafqazinfo.az
Paylaş:
Müəllif : Fuad
Tarix:31-03-2021, 20:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:31-03-2021, 20:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
9-09-2025, 14:26
9-09-2025, 10:07
9-09-2025, 10:04
9-09-2025, 08:42
8-09-2025, 15:58

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT