30 ildən sonra Ağdama qayıdan Arif Babayev... - Valideynlərinin məzarını tapa bilmədi + VİDEO
Görkəmli xanəndə, Xalq artisti Arif Babayev 30 illik həsrətdən sonra doğma Ağdam torpağına ayaq basıb. “Qafqazinfo” xəbər verir ki, 83 yaşlı Xalq artistinin ən böyük arzusunu “Xəzər” televiziyasının “Birinci studiya” verilişinin heyəti reallaşdırıb.
Çəkiliş heyəti əvvəlcə sənətkarın ata yurdu olan Sarıhacılı kəndinə baş çəkib.
Xalq artisti doğma torpağını öpərək qovuşduğu günə şükür edib: “Allah şəhidlərimizə rəhmət eləsin. Biz onların qarşısında baş əyməliyik. Qan töküb torpaqlarımızı geri aldılar. Allah ordumuza cansağlığı versin!”
Görkəmli xanəndə kənd qəbiristanlığına gedərək valideynlərinin məzarını axtarsa da, məlum olub ki, orada salamat qalmış bir məzar belə qalmayıb. O, gətirdiyi qərənfilləri Qarabağda yatan və illərdir əzizlərini gözləyən bütün vəfat edənlərin adına qırılmış məzar daşlarının üzərinə düzüb.
Arif Babayev, həmçinin Ağdamda xidmət edən hərbçilərimizlə görüşüb, Ağdamın Cümə məscidini ziyarət edib. Canını vətən yolunda qurban verməyə hazır olan hərbçilərimiz üçün dualar edib.
Xatırladaq ki, XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Arif Babayev 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi-muğamları xüsusi yer tutur. Xalq artisti “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-03-2021, 08:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-03-2021, 08:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:26
Dünən, 10:07
Dünən, 10:04
8-09-2025, 15:58

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO