reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Əbülfəs Qarayevin ən böyük düşməni elə Flora özü olub...” - Şeyx Əbdül

reklam

“Əbülfəs Qarayevin ən böyük düşməni elə Flora özü olub...” - Şeyx Əbdül


Xalq artisti Flora Kərimovayla kinorejissor Şeyx Əbdül Mahmudbəyov arasında mübahisə davam edir.

Şeyx Əbdül həmkarının səbəbsiz yerə onun ünvanına səsləndirdiyi ittihamları hələ də başa düşə bilmədiyini deyir.

Şeyx, Flora Kərimovayaya və ona “daş atanlar”a cavab vermək üçün geniş bir yazı hazırladığını və tez bir zamanda bunu mətbuata təqdim edəcəyini bildirib:

“Bilirsiniz ki, 77 yaşım tamam oldu. Son olaraq mənə “daş atanlara” cavab vermək üçün bir yazı hazırlamışam. Flora Kərimova mənə şər atır. Mən ona dəstək verən adamlara da cavab verəcəm. Əbülfəs Qarayevin ən böyük düşməni elə Flora özüdür. Deyir ki, “sənə ev veriblər”. Mənim evimi qəzalı vəziyyətə saldıqları üçün ev verdilər. Əsl həqiqət ondan ibarətdir ki, mənim demədiyim sözlərə görə ünvanıma ittihamlar səsləndirir. Qaldı ki, Əbülfəs bəy dostumdur, onu ayağa vermərəm, amma elə Flora özü gecə-gündüz Əbülfəsə daş atmaqla məşğul olub, bununla bağlı bir çox müsahibələri var. Əbülfəs Qarayev böyük bir soyun, kökün nümayəndəsidir, çox gözəl ziyalıdır. Hələ istintaq gedir və ondan sonra kimin kim olduğuna münasibət bildirmək olar. Bunun ümumiyyətlə, Floraya aidiyyatı yoxdur. Allaha and olsun Flora bütün verilişlərdə mənə, ““Şeyulya” sən danış, biz sənə qulaq asaq” - deyirdi. Onun qəfildən mənə qarşı belə bir münasibət sərgiləməsinə məəttəl qalmışam”. /Moderator.az


Paylaş:


Müəllif : Tarix:
21-05-2020, 21:58
Sikayət   


loading...
Загрузка...