Baş infeksionistdən “donuz qripi” açıqlaması: - “Kəskin respirator infeksiya yayılıb”
“Gürcüstanla şəxsən əlaqə saxladım və onların rəsmiləri bildirdilər ki, ötən illə müqayisədə qriplə xəstələnmə halları 2 dəfə azdır”.
regionxeberlericom.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev qonşu Gürcüstandakı “donuz qripi”nin Azərbaycana təsirləri barədə danışarkən bildirib.
O, qeyd edib ki, ajiotajı yaradan bizimkilərdir:
“Gürcüstan tərəfi deyir “epidemiya yoxdur”, amma bizimkilər deyir “Gürcüstanda epidemiyadır, “donuz qripi”ndən ölənlər var, qrip camaatı qırır””.
Baş infeksionist deyib ki, hazırda mövsümə uyğun olaraq, Azərbaycanda qrip və kəskin respirator infeksiya yayılıb. Hamımızın ətrafında, dost-tanışında, ailə üzvləri arasında qriplə xəstələnənlər var, amma bu, insanları qorxudacaq dərəcədə epidemik xarakterli deyil. “Donuz qripi”, H1N1, H3N2 və sair - bunlar yayılması ehtimal olunan viruslardır, amma indiyədək respublikada “donuz qripi”, yaxud “quş qripi” ilə xəsətlənənələr yoxdur. Ən azından bizim klinikada da bu cür ağır xəstələr yoxdur və digərlərində olması barədə də məlumat almamışam”.
Cəlal İsayevin sözlərinə görə, insanlar xəstəliyə yoluxubsa, ictimai yerlədə çox olmaqdan çəkinməlidirlər, maskalardan istifadə etməldirilər:
“Həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. İşləyənlər işə, tələbələr universitetə, məktəblilər məktəbə, körpələr bağçaya getməməlidirlər. Virusa yoluxmuş birinin 10-15 dəqiqə ictimai yerdə olması, digərlərinin də xəstələnməsinə kifayət edir. Buna görə xəstələnmə hallarında ictimai yerlərdə olmaqdan mümkün qədər çəkinmək lazımdır”.
Qeyd edək ki, Gürcüstanda bir neçə nəfərin “donuz qripi”ndən öldüyü bildirilir. Eyni zamanda , Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “quş qripi” təhlükəsi səbəbilə Polşadan Azərbaycana diri quş və quş əti idxalını müvəqqəti dayandırıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-01-2020, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-01-2020, 09:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II