Leyla Axundzadə: Müşfiqə görə anama kompensasiya verilməyib
"Mikayıl Müşfiqin ölüm şəhadətnaməsinin saxta olduğu barədə iddialar tamamilə əsassızdır. Bu, məsələnin mahiyyətini bilməməkdən irəli gəlir".
RegionXəbərləricom.az teleqraf-a istinadla xəbər verir ki, bunu Mikayıl Müşfiqin xanımı Dilbər Axundzadənin qızı Leyla Axundzadə bildirib.
O, 1956-cı ilə qədər güllələnən şəxslər barədə onların yaxınlarına düzgün məlumat verilmədiyini qeyd edib:
"1939-cu ildə belə cavab verilirdi ki, həbs olunanlar guya məcburi əməyə cəlb ediliblər. 1945-ci ildən isə həbsxanada öldüklərini yazmağa başladılar, amma güllələnmə barədə məlumat verilmirdi. Dövlət Təhlükəsizlik Komitəsinin (KQB - red.) təlimatına görə, güllələnənlərin ölüm yeri və ölüm səbəbini göstərən qrafalar boş buraxılırdı. Dilbər xanıma verilən ölüm şəhadətnaməsi də həmin təlimat əsasında tərtib olunub".
L. Axundzadə anasının Müşfiqin ölümünə görə heç bir kompensasiya almadığını vurğulayıb:
"Kompensasiya məsələsinin heç bir əsası yoxdur. Nəinki Mikayıl Müşfiqə, heç bir repressiya qurbanına kompensasiya, təzminat ya da hansısa başqa bir adla ödəniş edilməyib. Bu, dövrün tarixinə azacıq bələd olan hər kəsə tanışdır".
Dilbər xanımı həmin sənədi almağa Müşfiqin aqibəti haqda xəbər bilmək istəyinin səbəb olduğunu söyləyən Leyla Axundzadə Dilbər xanımın 1956-cı ilə qədər Müşfiqin taleyi barədə məlumatsız olduğunu xatırladıb:
"Məhz buna görə də Dilbər xanım müvafiq orqanlara müraciət edərək Müşfiqin taleyi ilə bağlı məlumat tələb etmiş və həmin tələbə görə sözügedən ölüm şəhadətnaməsi ona təqdim olunmuşdu. Bu iddialar təkcə Dilbər xanımın yox, eləcə də Müşfiqin işıqlı xatirəsinə kölgə salır. Xahiş edirəm, bu iddiaları səsləndirənlər ehtiyatlı olsunlar, tarixi faktlara və sənədlərə əsaslansınlar".
Paylaş:
Müəllif : Fuad
Tarix:7-06-2025, 12:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC