10 il ərzində qocalmaq əvəzinə cavanlaşdı

Yaponiyadan olan bir kişi 10 il ərzində vizual olaraq cavanlaşaraq sosial şəbəkədə maraq doğurub.
Bu barədə yerli "Oddity Central" nəşri yazıb.
Aki adlı yaponiyalı sakin yerli televiziyaya verdiyi müsahibədə öz həyatından danışdıqdan sonra məşhurlaşıb.
Son on ildə 33 yaşlı kişi tamamilə dəyişərək yaşından qat-qat cavan görünməyə başlayıb.
Onun sözlərinə görə, dəyişikliklərə başlamaq üçün onun başına xoşagəlməz hadisə gəlib: "23 yaşımda olarkən rəisim məni vaxtından əvvəl qocalmaq və keçəlləşmək səbəbilə ələ salıb. Bundan qısa müddət sonra sevgilim məni tərk edib, bu da mənim özünəinamımı sarsıdıb. Mən təslim olmaq əvəzinə həyatımı tamamilə dəyişməyə qərar verdim".
O, bu illər ərzində ciddi bir gündəlik rejim hazırlayıb. Bu rejimə aşağıdakılar daxildir: hava şəraitindən asılı olmayaraq müntəzəm günəş kremi istifadəsi, idmanla məşğul olmaq, mədə sağlamlığının nəzarətdə saxlanılması, spa prosedurları, siqaretdən imtina və gec yatmaq vərdişindən uzaq durmaq.
Bundan əlavə, Aki kosmetik prosedurlara da gedir - o, botoks inyeksiyaları etdirir və saç köçürmə kursu keçir ki, saç xəttini qoruyub saxlasın.
"Dərim indi 10 il əvvəlki kimidir", - deyə o bildirib./BAKU.WS

Paylaş:
Müəllif : Fuad
Tarix:2-06-2025, 17:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC