Azərbaycanda nişan pozulanda gətirilən xonçaların AQİBƏTİ belə olur - QANUNLA
Azərbaycanda elçilikdən evliliyə qədər hər bayramda, xüsusi günlərdə oğlan evi qız evinə xonçalar aparır. Son illərdə bu adət bir az da dəyişdirilib. Artıq qız tərəf də oğlana hədiyyələrlə dolu xonçalar aparır. Hətta bəzən nişanlılıq müddətində qıza avtomobil, ev kimi daha qiymətli hədiyyələr təqdim olunur. Nişan pozulduqdan sonra isə bəzən onlar geri qaytarılır.
Bəs tərəflərdən biri verdiyi hədiyyələri geri istəyir, digəri vermirsə, bu zaman qanun kimdən yanadır?
Hüquqşünas Əkrəm Həsənov Lent.az-a açıqlamasında bildirib ki, verilən hədiyyələri geri almaq mümkün deyil:
"Hədiyyə əvəzsiz və təmənnasız verilən əşyadır. Bu baxımdan da, qanunla hədiyyə olaraq verilən hər şey – istər kiçik, istərsə də böyük və dəyərli əşyalar geri tələb edilə bilməz.
Burada həm də, sübutetmə məsələsi var. Şəxs necə sübut edəcək ki, “nəyi, nə qədər” verib. Bəziləri bildirir ki, hədiyyəni tələb etmək üçün “əsassız varlanma” iddiasını qaldıraraq məhkəməni “udmaq” olar. Lakin bilmək lazımdır ki, hədiyyə əsassız varlanma deyil. Əsassız varlanma odur ki, heç bir əsas olmadan qarşı tərəf sənin hesabına imtiyaz əldə etsin. Buna nümunə kimi səhvən birinin bank kartına pul köçürülməsini çəkə bilərik. Qarşı tərəf pulu geri qaytarmaqdan imtina edirsə, o zaman bu, əsassız varlanma hesab edilə bilir”.
Hüquqşünas bildirib ki, bir halda verilən hədiyyələri geri almaq olar:
“Təəssüf ki, son illərdə bayramlarda aparılan xonçalar, qurbanlıqlar, təmtərahlı toylar, hədiyyələr o qədər artıb ki, onlarla paralel boşanmaların da sayı artıb. Bu hədiyyələri geri tələb etmək üçün yalnız bir yol var. Öncədən tərəflər aralarında müqavilə bağlasalar (münasibət pozularsa, verdiklərimi geri alacam) bu zaman hədiyyələri geri qaytarmaq mümkün olar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-05-2025, 18:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə