“Həkimlərin vəzifə maaşlarının üzərinə fokuslanmaq lazım deyil”

“Həkimlərin vəzifə və tarif maaşlarının üzərinə çox da fokuslanmaq lazım deyil”.
Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Səhiyyə komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə müzakirələrdə bildirib.
“Çünki bu gün Azərbaycan reallığında yaxşı, tanınmış, öz sahəsinin peşəkarı olan həkimlər kifayət qədər yüksək əməkhaqqı alırlar. Sadəcə vəzifə və tarif maaşları 550-700 manat aralığındadır. Düşünürəm ki, həkimlər özləri maraqlı olacaqlar ki, yenidən sertifikasiyaya getsinlər”, - deyə, şöbə müdiri bildirib.
A. Vəliyevin sözlərinə görə, tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərin normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən 5 il ərzində sertifikasiya imtahanından azad olunmasını digər tibb işçilərinə münasibətdə differensasiya hesab etmək olmaz.
“Həm baza ali, həm də rezidentura dövründə tibb işçisi, ixtisası üzrə müxtəlif imtahanlar verir, o cümlədən təcrübə keçir. Bu müddət ərzində onun həm klinik təfəkkürü, həm peşə bacarıqları təkmilləşir. Həmin şəxsləri dərhal sertifikasiya imtahanına cəlb etmək, sertifikasiyanın əsas məqsədi ilə ziddiyyət təşkil edə bilər. Belə ki, sertifikasiyanın əsas məqsədi tibb işçilərinin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə onların davamlı peşəkar inkişafının qiymətləndirilməsidir. Sözügedən şəxslər davamlı peşəkar inkişaf tədbirlərində iştirak edərək kreditlər toplaya biləcəklər. Sertifikasiya imtahanı heç bir diplomdan üstün olmamalıdır. Çünki layihənin fəlsəfəsi də heç bir vəchlə bu fikri inkar etmir. Sertifikasiyanın əsas məqsədi tibb işçilərinin peşə bilik və bacarıqlarının qorunub saxlanılması və təkmilləşdirilməsi məqsədilə onların davamlı peşəkar inkişafının qiymətləndirilməsinə xidmət edir. Tibb elmi və texnologiyanın müasir yüksək templi inkişafını nəzərə alaraq, tibb işçilərinin bilik və bacarıqlarının daim inkişafı etdirilməsi və qiymətləndirilməsi olduqca vacib şərtdir”, - A. Vəliyev əlavə edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-05-2025, 14:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə