DSMF “əməkdaşı” kirayə ev tutdu, qazinin xanımını aldatdı
Özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim edərək dünyasını dəyişmiş Qarabağ qazisinin xanımına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
RegionXəbərləricom.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə mühakimə olunan Eynur adlı şəxs verilmiş ittiham üzrə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
Eynur dələduzluq etdiyi şəxsə bildirib ki, mərhum həyat yoldaşı Qarabağ qazisi olduğu üçün ona avtomobil və 2 otaqlı mənzil verilməsinə kömək edə bilər. Bunun müqabilində vətəndaşdan hissə-hissə ümumilikdə 9 000 manat pul alıb.
O, niyyətini həyata keçirmək üçün Gəncə şəhərində kirayə ev tutaraq zərərçəkmişi oraya aparıb. Guya bu ev onlara dövlət tərəfindən verilib. Eynur evdə təmir getdiyini deyərək açarı zərərçəkmişə verməyib.
Az sonra Eynur tərəfindən aldadıldığını başa düşən vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib. Eynur məhkəmədə özünü qismən təqsirli bilib.
Həmçinin qeyd edib ki, vərəm xəstəsi olduğundan pulları müalicəsinə xərcləyib. O, dəymiş zərərdən yalnız 1 800 manatı zərərçəkmişə qaytarıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-05-2025, 21:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə