Aytacdan 40 gündür xəbər yoxdur - Video

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədova aprelin 1-də Tbilisidə itkin düşüb. 21 yaşlı soydaşımızdan 40 gündən çoxdur ki, xəbər yoxdur.
RegionXəbərləricom.az Baku TV-yə istinadən xəbər verir ki, qızın nənəsi Limon Əliyeva hazırda nəvəsinin axtarışlarının davam etdiyini, hələ də bir nəticə vermədiyini bildirib.
Aytac ailəsi ilə sonuncu dəfə dostunun doğum gününə getməsi barədə danışıb. Oradan ayrıldıqdan sonra qız anasına səsli mesaj göndərib və əlaqə tamamilə kəsilib.
“Rəfiqəsinin ad gününə getmək istəmirdi. Özüm göndərdim ki, gedib bir az dincəlsin. Əlaqə saxlayırdım. Sonuncu dəfə gecə səsyazısı göndərdi. “Gecən xeyrə qalsın. Səni öpürəm, heç nəyə üzülmə, sən yaxşı şeylərə layiqsən”, - deyirdi. Bir dəqiqə keçməmiş zəng edəndə, cavab vermədi”, - deyə itkin düşən qızın anası Elza Omarova söyləyib.
A. Məmmədova Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsidir və o, təhsili ilə əlaqədar paytaxtda yaşayıb. Qızın Tbilisidə Kür çayına düşdüyü ehtimal edilir və axtarışlar həm quruda, həm də suda davam etdirilir. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, A. Məmmədovanın axtarışları istiqamətində bütün lazımi tədbirlər görülür.
Daha ətraflı süjetdə:
Paylaş:
Müəllif : Fuad
Tarix:14-05-2025, 19:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə