Müharibəyə görə təhsili yarımçıq qalan Valehdən - Yeni xəbər

Müharibə səbəbindən təhsil arzusu yarımçıq qalan Vətən müharibəsi qazisi, I qrup əlil Valeh İsayevə təhsilini davam etdirməsi üçün şərait yaradılacaq.
Ötən həftə qazinin bacısı Nigar İsayevanın müraciətindən sonra V.İsayevlə görüş keçirilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumata görə, oktyabrın 9-da qurumun rəsmiləri Bakı Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazisi Valeh İsayevi ziyarət edib. Görüş qazinin təhsilini davam etdirməsi ilə bağlı müraciətinin təmin edilməsi məqsədilə keçirilib: “Valeh İsayev müharibədə ağır yaralanaraq hərəkət qabiliyyətini itirməsinə baxmayaraq təhsilini davam etdirmək istəyini bildirib. Görüş zamanı Agentlik rəsmiləri qazinin müraciətini dinləyib və onun xüsusi vəziyyəti nəzərə alınaraq qanunvericilik çərçivəsində təhsil hüququnun təmin olunması üçün uyğun tədbirlərin görüləcəyini bildiriblər”.
Xatırladaq ki, Valeh 4 il öncə Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinə qəbul olub, müharibəyə könüllü yazıldığından ora yollanıb və təhsil ala bilməyib. Sonradan yaralanıb hərəkət qabiliyyətini tamamilə itirib. Amma hər hansı əqli problemi yoxdur. Bununla belə, universitetdə təhsilinə başlaya bilməyib.
Rəsmi açıqlamalarda isə Valeh İsayevin təhsili ilə bağlı problemin səbəbinin Agentliyə və ya qəbul olduğu universitetə müraciətin daxil olmaması göstərilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-10-2024, 10:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb