reklam
Regionxeberlericom.az » Gündəm » Astaranın hərbi komissarının BAŞI DƏRDDƏ - HƏBS OLUNA BİLƏR...

reklam

Astaranın hərbi komissarının BAŞI DƏRDDƏ - HƏBS OLUNA BİLƏR...



















Xatırladaq ki, hər gün hərbi səfərbərlik sistemində problemlər artmaqdadır. Alınan rüşvətlər, edilən qanunsuzluqlar hesabına məmurların, biznesmenlərin övladları haqqını verib hərbidən yayınırlar. Bu bəzi yaramaz məmurların belə əməlləri, Cənab Prezident İlham Əliyevin uğurlu siyasətinə kölgə salır. Cənab Prezident İlham Əliyev hər zaman öz çıxışlarında məmurları qanunsuzluq etməməyə çağırır. Qudurğan məmur övladlarının tərbiyə edilməsini bildirir. Amma ki nafilə....

Dövlətdən taladıqları pulların hesabına məmur övladlarının çıxmadıqları hoqqa, etmədikləri yaramazlıqlar qalmır. Demək olar ki, məmur övladlarının 80 faizi hərbi xidmətdən yayınır. Buna səbəb isə rüşvətxorluq edən bəzi hərbi komissarlardır. Ümumiyyətlə uzun illərdir ki, hərbi səfərbərlik xidmətində böyük problemlər mövcuddur. Mətbuatda məhz elə ən çox qanunsuz işlər görməkdə adı hallanan hərbi komissar, Astaranın hərbi komissarı Valeh Nəcəfovdur. Bu məmur haqqında araşdırma edərkən ancaq neqativ xəbərlərə rast gəldik. Müsbət olan xəbərlər isə açıq-aydın görünür ki, zakazla yazılmış bəy tərifləridir. Valeh Nəcəfovdan bir soruşmaq lazımdır ki, niyə özünə bəy tərifi yazdırırsan?

Valeh Nəcəfov haqqında yazılanlara bir bir nəzər salaq:

Valeh Nəcəfov Arzu Rəhimovun yerinə hazırlaşır başlıqlı xəbəri sizə təqdim edirəm.

Yerli KİV-lərdə yayılan məlumata görə yaxın günlərdə Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyində dəyişiklik baş verəcək. Yayılan informasiyalarda hətta hazırki xidmət rəisini kimin əvəzləyəcəyi haqda da iddialar səslənib.

Xəbərlərə görə, SHXÇDX-nin yeni rəisi heç də kənardan gətirilməyəcək. Mənbənin iddialarını təqdim edirik: "Son günlər barəsində yetərincə neqativ informasiyaların yayılmasına rəğmən özünün toxunulmazlığını qoruyan ŞHXÇDX-nin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov Arzu Rəhimovun yerinə hazırlanır".

Adama bir deyən yoxdur ki,sən hələ Astaranın hərbi kommisarısan qabağını almaq olmur, qısa müddət ərzində milyonçuya çevrilmisən. Sən Arzu Rəhimovun kreslosuna otursan millət qan ağlayarki...

Daha bir Milyonçu komissarın başçı olmaq arzusu başlıqlı xəbərə də nəzər salaq :

"Komissar" olduğum bəsdir, İcra Başçısı olmağın vaxtıdır.

Astaranın "KOMİSSARI" Astaranın icra başçısı olmaq istəyir?

Etibarlı mənbələrdən aldığımız bilgiyə görə , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov Astaranın icra başçısı olmaq üçün qollarını çırmayıb.

Bir müddətdir "KOMİSSAR" Valeh Bakıdakı iclası bəhanə edərək CİDDİ ADAMLARLA çox ciddi görüşlər keçirdiyini orda-burda fəxrlə danışır.

"Komissar"ın pulunun çoxluğu və Bakıdakı dostları Valeh müəllimə ürək-dirək verən əsas amillərdən biridir.

Valeh Nəcəfovun rayondan Bakıya nədən tez-tez getməsi, kimlərlə görüşməsi Astara camaatının dilindən düşmür. Bu qanunsuzluqlara bir son verilməlidir...

Bu xəbərdən də aydın olur ki, Valeh Nəcəfovun iştahası böyük, gözü isə yuxarılardadır. Ona ümid verən dostlarını da səmimi olmağa çağırırıq.

Adamın gərək dilədiyi vəzifəyə uyğunluğu olsun. Nə olsun ki, Valeh Nəcəfov milyonçudur? Hərbi komissar işlədiyinə görə yüksək imkanlara sahibdir. Atalarımızın gözəl bir kəlamı var. Yorğanı ayağına görə uzat.....

Valeh Nəcəfovla bağlı daha bir maraqlı xəbərə baxaq.

Arzu Rəhimov “Şantajçı polkovnik” Valeh Nəcəfovdan qorxur ?

Son günlər Azərbaycan mətbuatında SHXÇDX-nin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov haqqında silsilə neqativ yazılar dərc olunmasına baxmayaraq, bu adam qətiyyən ondan Arzu Rəhimova olunan şikayətlərə reaksiya vermiyərək öz qanun pozuntularını daha da inkişaf etdirir. SHXÇDX-nin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov öz şəxsi mənafeyini güdərək gənclərin bir qismini saxta yollarla həqiqi hərbi xidmətdən yayındırır. Bu barədə daxil olan məlumatda daha sonra göstərilir ki, bir müddət öncə həmin şöbədə rüşvət faktı ilə bağlı araşdırma aparılmışdır. Lakin sonradan V. Nəcəfovun “hərəkəti” bütün hadisələrə don geyindirməyi bacardı. Təbii ki, söhbət səs yazısından getdiyi hər birinizə məlumdur. Baş verən hadisələrdən nəticə çıxartmaq əvəzinə şöbə rəisi öz çirkin əməllərini daha da genişləndirir. Cənub bölgəsinin dilbər güşələrindən olan Astara rayonu sözün həqiqi mənasında qəhrəmanlar ocağı kimi tarixə iz qoyub. Rayonun igid və qəhrəman oğulları torpaqlarımızın işğaldan azad olunması üçün könüllü olaraq hərbi xidmətə axınırdı. Necə ola bilər ki, müharibə şəraitində yaşayan ölkədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Valeh Nəcəfov rüşvət hesabına gəncləri “yararsız” edir. Bütün bunlar əlbətdə ki, aidiyyəti orqanlar tərəfindən yol verilən ciddi nöqsanlardır. Əks təqdirdə V. Nəcəfovun əməlləri araşdırılmalı və barəsində ciddi ölçü götürülməlidir. Mənbə bildirir ki, Valeh Nəcəfov haqqında hər gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Arzu Rəhimova yüzlərlə şikayət göndərilsə də heç bir nəticə yoxdur. Necə deyərlər Valeh Nəcəfov öz apulasında aldığı rüşvətlərlə Astaranın bir xeyli gənclərini yararsız edib, hərbi biletləri 3000-5000 arasında verir. SHXÇDX-nin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfova, əhalidən oğurladığı pullar hesabına “Ən çox qonaq qaralı” və Bakida yerləşən demək olar bütün restoran və kafelərdə rast gəlmək mümkündür. Bu da ondan xəbər verir ki, Valeh müəllim özünə arxayınlığı ilə başqa idarə rəislərindən seçilir. Biz də Valeh müəllimə Bakı şəhərinin Şamaxinka deyilən ərazisində yerləşən çayxanalarda vaxt aşırı rast gəlirik. Amma Valeh Nəcəfova demək istəyirik ki,siz dövlət məmurusunuz. Özünüzü dövlət məmuru kimi aparın. Valeh Nəcəfov əvvəllər 20 yanvarda “Alma” deyilən kafedə yeyib içmək məclisləri qurub öz ətrafına dostlarını yığmağının dəfələrlə şahidi olmuşuq. Hətta həmin restoranda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun əleyhinə fikir aparmış və müəyyən vaxtdan sonra onun yerinə gələcəyini açıq-aşkar söyləmişdir. Daxil olan məlumata görə, Arzu Rəhimovu media vasitəsi ilə şantaj edib, vəzifə alanlardan biri də Valeh Nəcəfovdur. Bir müddət əvvəl Arzu Rəhimov tərəfindən hərbi komissar vəzifəsindən işdən çıxarılan Valeh Nəcəfov media şantajları vasitəsi ilə Astara rayonunun hərbi komissarı vəzifəsini alıb. İddialara görə, Valeh Nəcəfov işsiz qaldığı müddətdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətində baş verən böyük korrupsiya əməliyyatlarının bir-neçəsini özünə yaxın olan saytlarda yayıb. Xüsusi ilə də Şəmkir rayonunda gənc cağırışçılarn ordudan yayındırılması faktları çılpaqlığı ilə mətbuata ötürən Valeh Nəcəfovun şantajları qarşısında duruş gətirə bilməyən Arzu Rəhimov onu Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətində işə bərpa etdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbs olunmasından sonra Valeh Nəcəfov onun yerinə təyinat aldı.

Yoldaş Nəcəfov !

Bunu biz indi yazmırıq. Ölkə mətbuatı yazır. Yazıb nəticəsini görməyən mətbuat bar-bar bağırır. Görəsən, Arzu Rəhimov bu qədər qanunsuzluq edən Valeh Nəcəfov barəsində nə düşünür ? Niyə qanunsuzluq edən məmuru vəzifəsindən azad etmir ? Nə gözləyirlər ? Buna da Cənab Prezident müdaxilə etməlidir ?

Bəlkə Valeh Nəcəfov Həsənağanın qohumudur ? Bəlkə Həsənağadan çıxışmırsan ?

Astaranın hərbi komissarı Valeh Nəcəfovu HƏBS olunan sabiq komissar Kənan İsgəndərovun aqibəti gözləyir.....

Valeh Nəcəfovdan əvvəlki hərbi komissar həbs olundu.Astara camaatı zənn etdi ki, ağ günə çıxdılar. Onlar bilmirdilər ki, Valeh Nəcəfov gələndən sonra qara günləri başlayacaq. Sabiq komissar Kənan İsgəndərovun HƏBS xəbərini təqdim edirəm :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərov saxlanılıb.

Xəbər verilir ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şöbə rəisi barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 340.2-ci (ictimai qaydanın mühafizəsi, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb.

Valeh Nəcəfov sən bunların hansını etmirsən ? Səni həbsdən qoruyan sirrli qüvvələr kimlərdir ? Dövlətin qanunlarına meydan oxuyan qüvvələr kimlərdir. Heç olmasa gözü çıxmış qardaşından ibrət götürərdində....

Görmədin ki,səndən öncəki hərbi komissarın aqibəti necə oldu ? Heç tələsmə,səni də Kənan İsgəndərovun aqibəti gözləyir.

Yazıda bəzi saytların materiallarından istifadə olunmuşdur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//




Paylaş:


Müəllif : Tarix:
28-05-2022, 09:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər