Azərbaycanda ilk dəfə Samuxda “Ərik Festivalı” keçirilib - Fotolar

15 İyun Milli Qurtuluş Günü ərəfəsində Samux rayonunda “Ərik Festivalı” və “Aqrar Biznes Festivalı” keçirilib.
Festivalda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, müxtəlif nazirlik və komitələrin məsul şəxsləri, millət vəkilləri,bir neçə ali təhsil müəssisələrinin rəhbərləri, türk dilli dövlətlərin nümayəndələri, yerli və xarici iş adamları və rayon ictimaiyyəti iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Festival çərçivəsində qonaqlar Samux rayonunda fəaliyyət göstərən “Casa Aqro” MMC-nin təsərrüfat sahəsinə baxış keçirib, istehsal olunan məhsullarla tanış olublar.
Həmçinin Qarayeri qəsəbəsində mövcud olan Forer qardaşlarının şərab zavodunda olub, istehsal sahəsi ilə maraqlanıblar.
“Ərik Festivalı” və “Aqrar Biznes Festivalı” ilə əlaqədər olaraq Samux şəhərinin mərkəzi küçə və prospektləri, park və xiyabanlar bəzədilib, yerli sakinlərin və qonaqların iştirakı ilə bayram paradı təşkil olunub.
Samux şəhəri, Heydər Əliyev prospektində müasir dizaynda yeni salınan parkda təşkil olunan “Ərik Festivalı” və “Aqrar Biznes Festivalında” milli mətbəximizin təamları hazırlanıb, fermerlərin yetişdirdikləri ərik məhsullarının meyvəsi, mürəbbəsi, və şirələrinin stendlərlə təqdimatı olub.
Aqrar Biznes Festivalında kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənib, aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum və dərmanlar nümayiş olunub.
Festivalın keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi ərik növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək, eyni zamanda destinasiyanın aqroturizm potensialını canlandırmaq, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərməkdir.
Açılış mərasimində çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonda kənd təsərrüfatı sahəsinin inkişafı barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, Prezident İlhm Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü işlər, eyni zamanda kənd təsərrüftı sahəsinə diqqət və qayğısı nəticəsində rayonlarda bağçılıq ildən-ilə inkişaf edir. Samux rayonunda təkcə ərik bağlarının sahəsi 500 hektardan çoxdur. Bu bağlarda 16 sort ərik yetişdirilir.
Qeyd edək ki, “Ərik Festivalı” və “Aqrar Biznes Festivalı”nın Samux rayonunda keçirilməsi təsadüfi deyil. Belə ki, Azərbaycanda Ordubad rayonundan sonra ən çox ərik yetişdirilən rayon Samuxdur.
Rəsmi hissədən sonra Samux rayonunda 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş geniş bayram konserti təşkil olunub. Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-06-2024, 10:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC