Məktəb direktorunun əməlləri ilə bağlı nazirə ŞİKAYƏT — FOTOLAR

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 9 nömrəli orta məktəbdə baş verən süründürməçiliklə bağlı, Xırdalan şəhər sakini Təbriz Yusubov redaksiyamıza məlumat verib.
Təbriz Yusubov ünvanladığı şikayətində deyir ki, övladını məktəbəhazırlıq kursuna qoymaq üçün tələb olunan bütün zəruri sənədləri toplayaraq 9 nömrəli məktəbə yaxınlaşıb.
İlk yaxınlaşdığı gün ona bildirilib ki, sağlamlıq haqqında arayışda vurulan düzbucaqlı və yumru möhür keçərli deyil. Üçbucaqlı möhür vurulmasını tələb edərək sənəd qəbulundan imtina ediblər.
Valideyn bu məsələ ilə bağlı səhiyyə və təhsil nazirliyinə zəng edərək şikayət edib. Hər iki nazirlikdən bildirilib ki, üçbucaqlı möhürün tələb olunması qanunsuzdur.
Valideyn səhəri gün yenidən məktəbə yaxınlaşıb sənədləri təqdim etmək istəyən zaman, direktorun müavini olan Nigar adlı şəxs bu dəfə başqa bəhanə gətirərək bildirib ki, sağlamlıq haqqında arayışı başqa rayonun poliklinikası verdiyinə görə bu sənədi qəbul edə bilmərik.
O, məktəbin direktoru Həcər İbrahimovanın da yanına gedərək sözügedən məsələni ona bildirib. H.İbrahimov da həmin sənədi qəbul etməyərək valideynə qarşı kobudluq edib.
Valideyn Təbriz Yusubov yenidən Təhsil Nazirliyinə zəng edib bu haqda məlumat verən zaman nazirlikdən təsdiq ediblər ki, direktor Həcər İbrahimovanın və onun müavini Nigar adlı şəxsin etdiyi hərəkət qanunsuzdur və süründürməçilikdir.
Nazirlikdən T.Yusubovu Abşeron Rayon Təhsil Şöbəsinin qəbuluna yazaraq şikayəti ora bildirməsini xahiş ediblər.

Paylaş:
Müəllif : Redaktor
Tarix:21-09-2019, 16:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:21-09-2019, 16:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
9-09-2025, 14:26
9-09-2025, 10:07
9-09-2025, 10:04
9-09-2025, 08:42
8-09-2025, 15:58

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT