Müəllimin ölümünə səbəb olan sürücüyə hökm oxundu

Qubada sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə ana və iki azyaşlı uşağını vuran 41 yaşlı Süleyman Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Qəza nəticəsində ana-Günay Fərzəliyeva ölüb, uşaqları isə xəsarət alıb.
Məhkəmədə G.Fərzəliyevanın həyat yoldaşı hüquqi varis kimi tanınıb.
Təqsirləndirilən şəxs özünü təqsirli bilsə də, ifadə verməkdən imtina edib. Onun istintaqdakı ifadəsindən məlum olub ki, hadisə baş verən vaxt toydan qayıdırmış. Həmin gün toyda dostları ilə spirtli içki qəbul edib, içkili vəziyyətdə öz avtomobili ilə yola çıxıb. O, qəza vaxtı özündə olmadığına görə hadisəni tam xatırlamadığını deyib.
Məhkəmənin hökmü ilə S.Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən ilin oktyabrında baş verib. Quba şəhər sakini Süleyman Məmmədov hadisəni idarə etdiyi “Hyundai Sonata” markalı avtomobili ilə törədib.
Qeyd edək ki, qəza nəticəsində vəfat edən G.Fərzəliyeva Quba rayonu, Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-08-2023, 11:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb