reklam
Regionxeberlericom.az » Araşdırma » Hava limanında atəş açan şəxs "Vagner" PMC-nin üzvüdür? - Foto + Yenilənib

reklam

Hava limanında atəş açan şəxs "Vagner" PMC-nin üzvüdür? - Foto + Yenilənib

















"Kişinyov hava limanında atəş açan şəxsin "Vaqner" PMC-nin üzvü olduğu ehtimal edilir".

Bu barədə Moldovanın "Pulsmedia" nəşri məlumat yayıb.

Ölkənin Daxili İşlər Nazirliyi hələki bu məlumatı təsdiqləməyib.

Atəş açan şəxs bu gün Türkiyədən uçan təyyarənin göyərtəsində ölkəyə eniş edib, lakin Moldova Respublikasına buraxılmadığı üçün polisi tərksilah edərək güllələyib.

Hadisə nəticəsində 2 nəfərin öldüyü və atəş açanın saxlanıldığı bildirilir.















***19:20

Kişinyov hava limanında sərnişinlərdən biri atəş açıb.

Moldova Baş Polis Müfəttişliyinin mətbuat katibi Diana Fetko

məlumatı təsdiqləyib.

Təsdiqlənməyən məlumata görə, bir polis yaralanıb. Hava limanının əməkdaşları və sərnişinlər binadan təxliyə edilib.

Hadisə ilə əlaqədar olaraq hava limanında iyunun 30-na planlaşdırılan bütün reyslər gecikir.




Paylaş:


Müəllif : Tarix:
30-06-2023, 21:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər